Araz Ağalarova məxsus ticarət mərkəzləri də erməni məhsullarından imtina etdi
24-07-2020, 09:30
Oxunub: 3 833
Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan RBK-ya açıqlamasında “Eviniz” ticarət mərkəzlərinin rəflərindən Ermənistan istehsalı olan konservləşdirilmiş qida, mineral su və spirtli içkilərin çıxarıldığını deyib.
O deyib:
“Səhər saatlarında böyük erməni ixracatçıları bizimlə əlaqə saxladılar. Araz Ağalarova və qonşu ölkədən olan digər insanlara məxsus bütün “Eviniz” şəbəkəsinin ticarət mərkəzlərindən Ermənistan istehsalı olan bütün məhsulların çıxarıldığını dedilər”.
“Bu gün merçendayzerlərimiz məhsullarını göstərmək üçün şəbəkəyə daxil olan ticarət mərkəzlərinə gediblər və məhsullarımızın – mürəbbələrin, cemlərin, kompot və digər konserv məhsullarının rəflərdə olmadığını anlayıblar. Beləliklə, şəbəkənin bütün altı mağazasında olduq - hər yeri gəzdik. Heç bir yerdə, heç bir mağazada mal yoxdur. Dərhal mineral su, alkoqol satan bütün tərəfdaşları soraqladıq - oxşar vəziyyətin olduğunu, yük maşınlarının geri qaytarıldığını, malların qəbul edilmədiyini dedilər” – bu sözləri isə “Armtorq”un baş direktoru Alexander Babayan RBK-ya bildirib.//oxu.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər