BolgeXeber.Com » Siyasət » DİN nazir müavininin Aslan İsmayılovdan üzr istəməsi məsələsinə aydınlıq gətirib
DİN nazir müavininin Aslan İsmayılovdan üzr istəməsi məsələsinə aydınlıq gətirib
1-06-2013, 18:15
Oxunub: 4 284
DİN-in mətbuat xidməti yayılan məlumatları təkzib edir
“Daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazovun vəkil Aslan İsmayılovdan üzr istəməsi barədə yayılmış məlumatlar həqiqətdən uzaqdır”. Bu sözləri APA-ya açıqlamasında Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyib.
O. Mansurzadə bildirib ki, hər bir vətəndaşın, həmçinin vəkil Aslan İsmayılovun istənilən dövlət qurumunda, o cümlədən Daxili İşlər Nazirliyində hörmətlə qarşılanmaq, qaldırdığı məsələnin, onu narahat edən problemin diqqətlə dinlənilərək hərtərəfli araşdırılmasına nail olmaq hüququ var:
“Mayın 31-də nazirlikdə baş tutmuş görüş zamanı da vəkil Aslan İsmayılov nazir müavini tərəfindən hörmətlə qarşılanıb. Vəkili diqqətlə dinləyən polis general-leytenantı Vilayət Eyvazov onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində döyülməsi və təhqiramiz münasibətlə üzləşməsi barədə söylədiklərinin ciddi şəkildə araşdırılacağını, bu məsələnin nazirliyin rəhbərliyi tərəfindən nəzarətdə saxlanılacağını, araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcəyini vurğulayıb. Biz polis əməkdaşlarının vətəndaşlarla təmasda kobudluğa yol verməsi və müvafiq araşdırmalarla bunun öz təsdiqini tapması faktına görə üzr istənilməsində heç vaxt qəbahət görmürük və özümüzü haqsız saydığımız məqamlarda hər zaman bunu edirik. Lakin qeyd etdiyim kimi, hələ araşdırılmayan, hüquqi qiymətini almayan bir məsələyə görə nazir müavini kimi hörmətli və ciddi vəzifə sahibi nəyə görə üzr istəməlidir? Ona görə bu barədə yayılan məlumatlar əsassızdır”.
Çox Oxunanlar
- 1-09-2023, 13:35 : Kəlbəcərdə atışma davam edir - Rəsmi
Xəbərlər / Ölkə
- 6-09-2023, 16:00 : İlham Əliyev Fərman imzaladı
Siyasət / Xəbərlər
- 26-08-2023, 18:12 : Naxçıvanda fəhlə faciəvi şəkildə öldü
Sosial / Xəbərlər
- 2-09-2023, 18:00 : Sabirabadda 3 otaqlı ev yandı
Sosial / Xəbərlər
- 16-09-2023, 11:21 : Borca görə axtarışda olan 160 nəfər saxlanıldı
Xəbərlər / Ölkə
- 9-09-2023, 18:00 : Bu icra başçısı da müavinini işdən çıxardı
Xəbərlər / Ölkə
- 16-09-2023, 18:00 : NATO-nun Baş Qərargah rəisləri toplandı
Dünya / Xəbərlər
- 7-09-2023, 09:25 : 7-ci sinif şagirdi küləyə görə faciəvi şəkildə öldü
Sosial / Xəbərlər
- 4-09-2023, 18:51 : İcra başçısı yeni tədris ilinə hazırlıqla bağlı təmir işləri aparılan ümumtəhsil məktəblərində olub
Bölgə / Xəbərlər
- 25-08-2023, 17:04 : Ərəblərin fantastik təklifini rədd edən Lukaku bu klubu seçdi
İdman / Xəbərlər