"Yenidən sərt məhdudlaşmaya gedilə bilər" - DEPUTAT
17-08-2020, 12:00
Oxunub: 1 144
Son 3-4 gündə ölkədə yoluxanların sayı artma dinamikası ilə davam edir. Hətta gündəlik yoluxanların sayı 2 rəqəmlidən 3-ə yüksəlib. Belə ki, avqustun 16-da 112 nəfər koronavirusa yoluxub. Bu artım dinamikası davam edərsə, Azərbaycanda karantin rejimində yenidən sərtləşmə ola bilərmi?
Bolgexeber.com xəbər verir ki, bununla bağlı "konkret.az"a danışan deputat Fazil Mustafa bildirib ki, bütün hallarda vəziyyətə uyğun qiymətləndirilmə olur:
"Hesab edirəm ki, bu istiqamətdə problemlər davam etsə və artımlar çoxalsa, yenidən məhdudlaşmaya gediləcək. Bu barədə insanları da tam qınamaq olmur. Müəyyən problemləri var. Onları həll etməlidirlər. Amma bütün hallarda təhlükəsizliyə əməl edilməlidir. Vətəndaşlarımız qoyulan qaydaları əməl etmək məcburiyyətindədirlər.
Əgər əməl etməsələr, belə problemlər artacaqdır. Dövlət vətəndaşları üçün müəyyən yumşalmalara getməyə davam edəcək. Amma görülsə ki, artım çoxalır, bu istiqamətdə hər hansı bir faydalı addımın atılması çətin olacaq.
Mütləq qoyulan məhdudiyyətlər artırılacaq. Açılan sahələrin də fəaliyyətinin yenidən dayandırılması nəzərdə tutula bilər. Ona görə də vətəndaşlar diqqətli olmalıdırlar. İnsanlarımız minimum qaydalara əməl etsələr, hər hansı bir təhlükəli vəziyyət yaranmaz”.
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 4-03-2021, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 4-03-2021, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- 4-03-2021, 18:16 : "Ali Baş Komandamız sayəsində inanırıq ki, tarixi qayıdışımız əbədi olacaq"
Siyasət
- 18-02-2021, 11:07 : Cavid Qurbanov ölkədən daha çox pul çıxarıb... - İTTİHAM
Xəbərlər
- 4-03-2021, 18:26 : Bakının məşhur hotelində 50 nəfərlik mərasim keçirilib, DİN açıqlama verdi - VİDEO
Xəbərlər
- 19-02-2021, 09:29 : İmişli kolxoz bazarında dəhşətli antisanitariya-Yerli camaat kömək istəyir(VİDEO)
Gündəm