BolgeXeber.Com » Siyasət » Rusiyanın Müdafiə naziri Şoyqu Azərbaycana gəlib

Rusiyanın Müdafiə naziri Şoyqu Azərbaycana gəlib

25-08-2020, 14:38
Oxunub: 4 122 Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Azərbaycana işgüzar səfərə gəlib.
Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, S. Şoyqunun səfərinin məqsədi "Ordu Oyunları-2020"-nin Dəniz kuboku" müsabiqəsinin açılış mərasimində iştirak etməkdir.
Rusiya MN-nin məlumatında Şoyqunun səfər çərçivəsində Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla görüşəcəyi və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunacağı qeyd olunub.