Aydın Heydərov Hacıbala Abutalıbova qarşı iddia qaldırıb.
4-06-2013, 11:00
Oxunub: 6 401
Əvəz Zeynallının üzünə duran şəxs indi Bakı merinə qarşı
Azərbaycanın tikinti maqnatlarından biri hesab edilən, adı mətbuata və ictimaiyyətə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesindən tanış olan Aydın Heydərov Bakı meri Hacıbala Abutalıbovla məhkəmədə üz-üzə gəlib.
Qeyd edək ki, A.Heydərov Əvəz Zeynallının məhkəməsində şahid kimi ifadə verərək baş redaktora dəfələrlə pul verdiyini bildirmişdi. Bunu qəzetdə onun barəsində material dərc etməmək üçün etdiyini iddia edən A.Heydərovla bərabər sürücüsü də məhkəmədə ifadə verərək Əvəz Zeynallıya pul verilməsini təsdiqləmişdi.
Bəzi məlumatlara görə, tikinti maqnatı kimi tanınan “İnturavro” şirkətin rəhbəri vaxtilə Bakı meri Hacıbala Abutalıbovla çox yaxın münasibətləri olub. İndi isə A.Heydərov H.Abutalıbovla məhkəmədə görüşərək ona qarşı iddia qaldırıb.
Bu günlərdə isə Nəsimi rayon məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə A.Heydərovun Başı Şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatları Departamenti və Maliyyə Nazirliyinə qarşı rekord həddə - 17 milyon manatlıq iddiaya baxılıb. İddiaçı tərəf Aydın Heydərova məxsus “İnturavto” şirkəti olub.
İddiaya görə, şirkətin hərrac vasitəsilə satın aldığı, özəlləşdirilmiş 4 mərtəbəli binası 2012-ci il aprelin 9-da gecə saatlarında heç bir xəbərdarlıq edilmədən sökülüb. Avadanlıqlar və əmlak isə aparılıb. Bundan sonra məhkəməyə müraciət edən iddiaçı tərəfin vəkili Kamandar Nəsibov bildirib ki, ekspertiza şirkətin dağıdılan əmlakını 15 milyon 549 min 300 manat məbləğində dəyərləndirib.
Bundan başqa iddiaçı tərəf şirkətin yerləşdiyi binanın sökülməsi, avadanlıq və əmlakın dağıdılmasında birbaşa iştirakı olan iki nəfərin cinayət məsuliyyətinə cəlb edilməsi də tələb edib: “Artıq məhkəmə başa çatıb. Cavabdeh tərəf şəxsi əmlaka gecə ikən hücum edərək dağıtmasının səbəbini əsaslandırmayıb. İddia qismən təmin edilib. Ancaq hələlik qərarı yazılı olaraq almadığımızdan detalları barədə məlumat verə bilmirik. Ancaq iddia qismən təmin edilib”.
Məlumata görə isə, məhkəmə A.Heydərova 6 milyon manat ödənilməsi barədə qərar verib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər