Ramiz Mehdiyevin hansı vəzifələri qalıb? (SİYAHI)
9-09-2020, 10:22
Oxunub: 1 345
Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri postunu itirdikdən sonra daha iki vəzifəsinə əlvida deməli olub. Bunlardan biri Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının, digəri isə Əfv Məsələləri Komissiyasının sədri vəzifəsidir.
Bolgexeber.com Yeni Sabah-a istinadən xəbər verir ki, hazırda Ramiz Mehdiyev 3 vəzifə daşıyır. O Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olmaqla yanaşı, Təhlükəsizlik Şurasının üzvü və Dövlət İdarəçilik Akademiyasının 1999-cu ildən fəaliyyət göstərən Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiridir. Akademiyanın rəsmi veb-səhifəsində qeyd edilib ki, kafedra yarandığı vaxtdan onun rəhbəri Ramiz Mehdiyev olub.
Nəvəsinin toyu ilə bağlı qalmaqalda Ramiz Mehdiyevin görünməmiş səviyyədə tənqidə məruz qalması onun artıq hakimiyyət komandasında arzuolunmaz şəxs olduğu barədə qənaət yaradıb.
Bu baxımdan ehtimal olunur ki, AMEA prezidenti digər iki postu da itirə bilər. Onun hətta akademiyanın rəhbəri postundan uzaqlaşdırılacağı da gözlənilir.
Çox Oxunanlar
- 7-04-2021, 11:43 : Səlim Müslümov daha bir vəzifəsini itirdi - Yeni təyinat
Xəbərlər
- 7-04-2021, 11:53 : Cəlilabad meşələrində əkilən qoz bağlarına kimlər göz dikib-ŞİKAYƏT(VİDEO)
Gündəm
- 9-04-2021, 17:03 : Malik Həsənov: Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb
Siyasət
- 7-04-2021, 11:31 : Vətəndaşların 3.2 milyon manatını mənimsəyən xanım direktor HƏBS EDİLDİ
Xəbərlər
- 17-03-2021, 12:24 : Bakı Apelyasiya Məhkəməsindən Ata Abdullayevlə bağlı QƏRAR
Siyasət
- 17-03-2021, 17:53 : Malik Həsənov: Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir
Siyasət
- 4-04-2021, 14:40 : Azərbaycanda rüşvət alan rəis belə həbs olundu - ANBAAN VİDEO
Xəbərlər
- 22-03-2021, 16:22 : Zirəddindən Azərbaycanla bağlı ŞOK PROQNOZLAR - Koronavirus, zəlzələ və... - VİDEO
Xəbərlər
- 17-03-2021, 11:37 : Arzu Rəhimovun Göyçaydakı adamı ittiham olunur - MÜRACİƏT
Gündəm
- 17-03-2021, 11:14 : Marşrut avtobusları 9 gün işləməyəcək? (AÇIQLAMA)
Sosial