YAP-ın YAPrak tökümü… Nə baş verir?
15-09-2020, 14:12
Oxunub: 2 192
Gündəm hələ də Ramiz Mehdiyev qovğası ilə məşğul olmaqdadır. Qınanılası deyil, on illərdir hakimiyyət pilləsinin birincisi olmasa da, nüfuzuna görə ən üst qatında əyləşən Mehdiyevin “nəvə toyundan” sonra öz əqidədaşları tərəfindən qəzəbə tuş gəlməsi gözlənilən idi. Bütün icra strukturlarını əlində cəm edən, onları öz havasına oynadan “Boz Kardinal”ın vurulmasıyla bir çox YAPçılar “dərindən ah çəkib” məqam gözləməyə başladılar və Mehdiyev onları çox gözlətmədi.
Məlum toy fürsətçillərin hamısının əlinə üç tuzu “hədiyyə etdi”. YAP-da mühüm post tutan Siyavuş Novruzov “mən o toya getməsəydim, kişilikdən olmazdı” açıqlamasından sonra, bu hənanın, o hənadan olmadığını görüb, “Ramiz Mehdiyev bizi aldatdı” kimi sərsəm sayıqlamalarla gündəmə gəldi. YAP rəhbərliyi onsuz da cəmiyyət tərəfindən daim qınaq və lağ obyektinə çevrilən Novruzovu partiya sıralarından xaric etməklə digər funksionerlərə mesaj vermiş oldu. Bu sırada, heç şübhəsiz, Elman Nəsirov, Aydın Mirzəzadə, Elşən Musayev və başqaları öncül yerdədirlər.
İctimai-siyasi fəaliyyətlərində Novruzovdan geri qalmayan, bəzi məqamlarda hətta yarınmaqda onu da üstələyən bu yapçıların rəhbərlik tərəfindən tezliklə cəzalandırılacağı baş verərsə, təəccüblənməyə dəyməz. Nəzərə alanda ki, adı çəkilənlər bir vaxtlar R.Mehdiyevin çətiri altında özlərini “hakimi-mütləq” kimi hiss ediblər, məhz onun xeyir-duası ilə mandat sahib olublar.
Novruzovun estafeti “möhkəm əllərə” ötürəcəyi şübhə doğurmur… Mehdiyev bitsə də, erası bitmir. Adam etdiyi, çörək verdiyi, cəmiyyətə sırıdığı YAPalaqlar can verməyə, təmizlənməyə tələsmirlər. Yəqin ki, YAP sədri, cənab Prezidentin qətiyyəti çox güman yaxınlarda siyavuşkimilərin sıralarını çoxaldacaq, partiyanın “alaqlardan” tamami ilə təmizlənməsi bir ayrı hal olacaq…
Ə.Rüstəmli
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 10-01-2021, 19:19 : İmişlidə şəhid dəfn olunub-FOTO
Bölgə
- 11-01-2021, 17:32 : Vladimir Putindən Qarabağla bağlı açqlama
Siyasət