BolgeXeber.Com » Siyasət » "Ermənistanın iki “Su-25” təyyarəsi dağa çırpılaraq partlayıb” - Prezidentin köməkçisi
"Ermənistanın iki “Su-25” təyyarəsi dağa çırpılaraq partlayıb” - Prezidentin köməkçisi
30-09-2020, 14:04
Oxunub: 1 848
"Ermənistan Silahlı Qüvvələrinə məxsus Su-25 tipli döyüş təyyarəsinin guya Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 təyyarəsi tərəfindən vurulması barədə açıqlamalar tamamilə cəfəngdir və Ermənistanın növbəti dezinformasiyasıdır”.
Bolgexeber.com xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfdə olan məlumata görə, sentyabrın 29-da Ermənistan ərazisində iki "Su-25” tipli təyyarə havaya qalxıb: "Hər iki təyyarə dağa dəyərək partlayıb və məhv olub. Bu da onu göstərir ki, Ermənistanın hərbi rəhbərliyi öz vətəndaşlarına, ictimaiyyətinə düzgün məlumat vermir. Yaxşı olardı ki, Ermənistanın hərbi rəhbərliyi ikinci təyyarə və onun pilotu barədə də məlumat verərdi, nəinki başqa hansısa tərəfləri ittiham edərdi.
Ermənistanın guya münaqişədə üçüncü tərəfin iştirak etməsi barədə açıqlamaları tamamilə cəfəngdir və bunun heç bir əsası yoxdur. Bu, Ermənistanın diqqəti özünün təcavüzkar siyasətindən yayındırmaq cəhdlərindən başqa bir şey deyil. Ona görə də Ermənistanın ərazisindən iki ədəd "Su-25” təyyarəsini hansı məqsədlə qalxması və hansı şəraitdə dağa çırpılaraq partlaması, pilotların həlak olması məsələsini araşdıraraq Ermənistan ictimaiyyətinə məlumat vermələrini tövsiyə edirik”.
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 19-12-2020, 18:48 : Manaf Ağayevin ailəsində koronavirus faciəsi - 1 nəfər öldü, digəri reanimasiyadadır
Xəbərlər
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 18-12-2020, 18:42 : Bu hərbçilər “Cəsur döyüşçü” medalı ilə təltif edildi (SİYAHI)
Gündəm