BolgeXeber.Com » Siyasət » Hikmət Hacıyev: "Ermənistanın etdiyi barbarlıq və vandalizmdir"

Hikmət Hacıyev: "Ermənistanın etdiyi barbarlıq və vandalizmdir"

5-10-2020, 13:50
Oxunub: 3 275 "Ermənistan silahlı qüvvələri Azərbaycanın Gəncə, Bərdə, Beyləqan və digər şəhərlərində mülki insanların sıx məskunlaşdığı ərazilərə raketlərlə hücum edir. Bu, barbarlıq və vandalizmdir. Bu, Ermənistanın siyasi-hərbi rəhbərliyinin zəifliyi və çaxnaşmada olduqlarını göstərir”.
Bolgexeber.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.