BolgeXeber.Com » Siyasət » "Status-kvonu dəyişdik" - Prezidentin köməkçisi

"Status-kvonu dəyişdik" - Prezidentin köməkçisi

9-10-2020, 13:54
Oxunub: 4 476 “Biz status-kvonu artıq dəyişdik. Ermənistanın işğalına əsaslanan bir status-kvo var idi”.
Bolgexeber.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Haber Global”a müsahibəsində deyib.
Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı başlatdığı təcavüzə cavab olaraq həyata keçirilən tədbirlərdə hər kəs tərəfindən qeyri-məqbul hesab olunan, amma sürməkdə davam edən status-kvo artıq dəyişdi.