Tahir Abbaslı: «Türkiyə Bəşər Əsədin istefasına çalışmalıdır»
3-05-2011, 17:25
Oxunub: 7 862

«Ərəb ölkələrində baş verən inqilabi prolseslərin Liviyada dalnana dirənməsi yaxşı hal deyil və bu ölkədə baş verənlər pi sbir presedent yaradır».
Bu fikirləri AİDP sədri Bolgexeber.com-a hacı Tahir Abbaslı deyib. Onun fikrincə Liviya hadisələri müsəlman dünyasının başqa ölkələrində vacib olan demokratik dəyişikliyə mane olur: «Digər tərəfdən bu tipli hadisələr imkan verəcək ki, proseslərə NATO əl qoysun. NATO Liviyanı bombaladığı kimi digər ölkələri də bombalaya bilər».
Misal olaraq Suriyanı göstərən AİDP sədrinin fikrincə Bəşər Əsəd istefa verməsə və bu ölkədə müxalifət-hakimiyyət qarşıdurması gərginləşsə NATO bu ölkəni də bombalayacaq: «Belə olan təqdirdə Suriyanın parçalanma ehtimalı böyükdür. Parçalanma prosesi baş versə orada yaşayan kürdlər status tələb edəcəklər. Çövlan təpələri İsrailə qalacaq. İraqda olduğu kimi, Qərb burada da kürdlərin federal statusunu tanıyacaq və gələcəkdə İraq Kürdistanı ilə birləşmə də baş verə bilər. Eyni proses İranda da təkrarlana və burada da kürd sorunu ortaya gələ bilər». «Bu isə İsrailin əsas niyyətlərindən biridir» deyən T.Abbaslının fikrincə, İranda da kürd məsələsi qabardılsa
Güney Azərbaycanda vəziyyət pis olacaq. Urmiya və ətrafında Qarabağ məsələsinə bənzər münaqişə yaranacaq». AİDP sədrinin fikrincə proses bu şəkildə davam edərsə bölgədə kürd dövləti də yradıla bilər: «Çünki bunu istəyən qüvvələr var. Kürd dövləti qurulsa Türkiyədə parçalanmaq təhlükəsi ilə üzləşə bilər. Ona görə də hesab edirəm ki, Liviya ssenarisi təkrarlanmasın deyə, Türkiyə Bəşər Əsədin istefasına çalışmalıdır».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər