“Human Right Watch” da ermənilərin kassetli bombalar atdığını təsdiqlədi
30-10-2020, 10:13
Oxunub: 3 800
“Human Right Watch” təşkilatı işğalçı Ermənistanın Azərbaycanın Bərdə şəhərinə zərbələr endirdiyinə dair açıqlama yayıb.
“Qafqazinfo” xəbər verir ki, təşkilat açıqlamasında erməni qüvvələrinin 28 oktyabr 2020-ci il tarixində Azərbaycanın paytaxtı Bakıdan 230 km qərbdə yerləşən Bərdə şəhərini istifadəsi beynəlxalq səviyyədə qadağan edilmiş kassetli raketlərlə vurduğunu təsdiqləyib.
“Human Rights Watch” beynəlxalq və yerli jurnalistlər, həmçinin sakinlər tərəfindən hadisə yerində və yaxınlığında çəkilmiş çoxlu silah-sursat qalıqlarının fotolarını təhlil edib. Silahlardan ikisinin “Smerç” klasterli döyüş sursatı və “Smerç” gecikdirici paraşütlü parçalanma raketinin olduğu müəyyənləşib.
Təşkilat bildirib ki, onlarda olan məlumata görə, erməni silahlı qüvvələri “Smerç” yaylım atəş raket sisteminə sahibdir, lakin qondarma “Dağlıq Qarabağ qüvvələri”ndə bu silah yoxdur.
Buna görə də, ehtimal ki, hücumu Ermənistan silahlı qüvvələri həyata keçirib və ya qondarma “Dağlıq Qarabağ qüvvələri”ni bu silahla təmin edib. Təşkilat qeyd edib ki, Ermənistan təcili sürətdə klaster silahlarının istifadəsini və ya bunun separatçı qüvvələrinə verilməsini dayandırmalıdır.
Qeyd olunub ki, hücum nəticəsində 21 mülki vətəndaş həlak olub, 70 nəfər xəsarət alıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər