Parlament Prezident və xalqa müraciət etdi
13-11-2020, 11:30
Oxunub: 2 761
Xəbər verdiyimiz kimi, Milli Məclis Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına müraciət edib.
Spiker Sahibə Qafarova müraciətlə bağlı çıxışında bildirib ki, bu gün Azərbaycan bayrağı Şuşada, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəgilanda qürurla dalğalanır:
"Tezliklə Kəlbəcərdə, Ağdamda, Laçında və digər torpaqlarımızda yüksələcək.
Bu tarixi günlərin ən mühüm nəticələrindən biri də xalqımızın Ali Baş Komandanı İlham Əliyevin ətrafında yumruq kimi birləşməsi və bütövləşməsi oldu. Azərbaycan xalqının birliyinin rəmzinə çevrilən bu yumruq düşmənə endirilən ağır zərbələrin ifadəsi idi. Bu birliyin qarşısında düşmən duruş gətirə bilməzdi və bilmədi də. Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri arasında müharibənin dayandırılması ilə bağlı bəyanat imzalanıb. Bu bəyanatın Azərbaycan üçün çox böyük əhəmiyyəti var. Bununla da ölkəmizin ərazi bütövlüyü təmin ediləcək, məcburi köçkünlərimiz evlərinə qayıdacaq. Bu müharibədə Ermənistan elə ağır zərbə aldı ki, onun özünə gəlməsi üçün illər lazım olacaq. Hazırda İrəvanda küçələrdə kütlə azğınlıq edir, iqtidar müxalifətin bütün liderlərini həbs edir, müxalif deputatların mandatının ləğv edilməsi söz-söhbəti gəzir. Bunlar hamısı qərbin bəzi dairələrinin demokratik dövlət kimi qələmə verməyə çalışdığı ölkədə baş verir. Ancaq nə qərb dövlətlərinin rəhbərləri, nə də onların dırnaqarası informasiya xidmətləri münasibət bildirirlər. Onları susmağı üstün tutur. Hər kəs öz simasını göstərir”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə