BolgeXeber.Com » Siyasət » Mehriban Əliyeva Kəlbəcərin azad olunması münasibətilə xalqı təbrik edib

Mehriban Əliyeva Kəlbəcərin azad olunması münasibətilə xalqı təbrik edib

25-11-2020, 14:30
Oxunub: 3 410
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Kəlbəcərin işğaldan azad olunması münasibətilə paylaşım edib.
Bolgexeber.com xəbər verir ki, paylaşımda deyilir:
"Hörmətli həmvətənlər!
Sizi əlamətdar hadisə - Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Şanlı Qələbəmiz hər evə, hər ailəyə bol sevinc, təbəssüm, səadət, ölkəmizə sülh və əmin-amanlıq gətirsin! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!".