BolgeXeber.Com » Siyasət » Məmurlardan biri erməni məşuqəsin yenidən Bakıya gətirib

Məmurlardan biri erməni məşuqəsin yenidən Bakıya gətirib

24-06-2013, 13:50
Oxunub: 5 669 Azərbaycanın siyasi elitasında təmsil olunan bəzi şəxslərin ailə üzvlərinin, yaxın qohumlarının erməni olması və ermənilərlə ünsiyyətə girmələri ilə bağlı mətbuatda daim informasiyalar dərc olunur.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov da bir dəfə rəsmən elan elədi ki, Bakıda 32 min erməni yaşayır. Məsələ ondadır ki, onların çoxu artıq azərbaycanlılaşıb - Siyamuşlar, Solmaz olub, Haykamışlar Hənifə olub. Erməni qadınlarının ən çox qəbul etdiyi ad Gülzardır. Onlara kimsə bir söz demir. Onların övladları və ya ərləri vəzifədə təmsil olunur, nazir müavini, millət vəkilidir.
İş ondadır ki, bu gün erməni qanını daşıyanlar əsillərini danırlar. Bu, erməni xarakterinə uyğundur. Ən qorxulusu odur ki, həmin ermənilər bütün sənədləri dəyişdiriblər. Bunu sübüt etməyə qalxanda sənədlər tapılmır.Çünki sənədləri kökündən Daxili İşlər Nazirliyinin arxivində dəyişdirirlər. Doğum şəhadətnaməsindən başlayaraq hər sənədin qeydiyyatı var bu arxivdə. Vəzifə sahibi olanların 99,99 fazi sənədlərini götürüb. Bəziləri sənədləri itməsi adı ilə, bəziləri isə köhnə şəxsiyyət vəsiqəsini təhvil verməmklə arxivi məhv ediblər.
Daxil olan məlumata görə Azərbaycanda daim gündəmdə olan, kobudluğu ilə diqqət çəkən məmurlardan birinin də qeyri-rəsmi arvadı ermənidi. Bu məmur sovet vaxtı həmin erməni qadınla qeyri-rəsmi yaşayıb və Anya adlı bu qadından Rubik adlı oğlu da dünyaya gəlib. Sovet dağılanda , Qarabağda hadisələr qızışmağa başlayanda Anya Rubiklə birgə Rusiyaya qaçır. Sonradan öyrənir ki, oğlunun atası Bakıda mühüm vəzifəyə sahiblənib, əlaqə yaradır və oğluna sahib durmağı tələb edir. Anyanın sözünü yerə salmayan məmurumuz Rusiyaya gedir, oğlunun sənədlərini dəyişdirir, pasportuna azərbaycanlı adı yazdırır.Həmçinin ali təhsil almasına şərait yaradır. Rubik institutu qurtardıqdan sonra onu Bakıya gətirdir və kiçik vəzifələrdən pillə-pillə daha yüksək vəzifələrədək qalxmasında yardımçı olur. Hazırda Rubik də atası kimi vəzifəli dövlət məmurudur. Üstəlik bir müddət əvvəl anası Anya da Rusiyada tək qalmaq istəməyib Bakıya köçüb. Yanında da başqa erməni kişidən olan digər 3 uşağı ilə birgə. Pat.az