BolgeXeber.Com » Siyasət » “Ramiz Mehdiyev Azərbaycan əleyhinə məxfi qərargah yaradıb” – ŞOK AÇIQLAMA

“Ramiz Mehdiyev Azərbaycan əleyhinə məxfi qərargah yaradıb” – ŞOK AÇIQLAMA

8-12-2020, 10:17
Oxunub: 3 202 “Bu gün Ramiz Mehdiyevin qərargahı dövlətimizin əleyhinə məxfi şəkildə çox ciddi fəaliyyət göstərir”.
Bunu KONKRET.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.
Partiya sədri qeyd edib ki, nə qədər ki, bizim bayrağımız Xankəndinə sancılmayıb, bizi o torpaqlara çox ehtiyatla və qısqanclıqla buraxacaqlar: “Burda da əsas rol oynayan daxilimizdə olan 5-ci kolonun üzvləridir. Bu gün Ramiz Mehdiyevin qərargahı məxfi şəkildə çox ciddi fəaliyyət göstərir. Rasim Musabəyov və dövlətə əks mövqe sərgiləyən insanlar buna nümunədir. Qələbə Paradımız keçiriləndən sonra biz öz mövqeyimizi ortaya qoyacağıq. Mən Kəlbəcərdə böyümüşəm. Ermənilərin öz adına çıxardığı kilsələr onlara aid deyil. O kilsə albanlarındır. Bu məsələlər təcili öz həllini tapmaldır. Xankəndidə, Xocalıda və Xocavənddə hansı formada idarə üsulu seçiləcəyi cənab prezidentin fərmanları ilə həyata keçiriləcək. Ermənilərə və ruslara bu gün təlimat verən daxilimizdəki 5-ci kolonun üzvləridir. Rusiyanın Təhlükəsizlik Şurası ilə “cici-bacı” olan Ramiz Mehdiyevdir. O cümlədən onun ətrafında olan və onun əmri ilə işləyən insanlar var. Onlar istəyirlər ki, Ali Baş Komandanın başçısılığı ilə əldə etdiyimiz qələbəyə kölgə salsınlar.

"Xalqımız tam əmin ola bilər ki, Qarabağ Azərbaycanın ərazisidir. Ramiz Mehdiyev və onun başçılıq etdiyi 5-ci kolonun üzvləri xalqı çaşbaş salmaq istəyirlər. Məsələn, göstərmək istəyirlər ki, Kəlbəcər bizimdir. Amma ora bizim jurnalistləri buraxmırlar. Yaxud da Şuşaya, Laçına buraxmırlar. Onlar bu yolla 5-ci kolonun üzvləri qələbəmizə kölgə salmağaq çalışır. Xalq arasında narazılıq yaratmağa çalışırlar. Hesab edirəm ki, 5-10 günə bütün bu problemlər öz həllini tapacaq”.