Həsən Həsənov səfir postundan geri çağırıldı - SƏRƏNCAM
8-01-2021, 16:06
Oxunub: 3 749
Prezident İlham Əliyev Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənovla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Həsən Əziz oğlu Həsənov Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Həsən Həsənov mərhum prezident Heydər Əliyevin komandasında təmsil olunmuş eks-nazirlər sırasına daxildir. Həsən Həsənov hələ Kommunist Partiyasının zamanından yüksək vəzifələr tutub. O, Bakı şəhəri Səbail Rayon Partiya Komitəsinin 1-ci katibi (1975-1978), Sumqayıt Şəhər Partiya Komitəsinin 1-ci katibi (1978-1979), Gəncə Şəhər Partiya Komitəsinin 1-ci katibi (1979-1981) vəzifələrində çalışıb.
1981-1990-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə, tikinti məsələləri üzrə, iqtisadiyyat məsələləri üzrə katibi olub.
Eks-prezident Ayaz Mütəllibov zamanında, 1991-1992-ci illərdə H.Həsənov Azərbaycan Respublikasının baş naziri vəzifəsində çalışıb.
AXC hakimiyyətə gələndən sonra o, Azərbaycan Respublikasının BMT-də ilk daimi nümayəndəsi təyin edilib və 1992-1993-cü illərdə bu vəzifədə çalışıb.
Heydər Əliyev hakimiyyətə gələndən sonra H.Həsənov Bakıya çağırılaraq, nazir postuna təyin olunub. Bu,1993-cü ilin sentyabrında baş verib. H.Həsənov düz 5 il Heydər Əliyev iqtidarının xarici işlər naziri olub. 1998-ci ilin fevralında H.Həsənov elə mərhum prezident tərəfindən nazir vəzifəsindən azad olunub. Amma həmin vaxt Milli Məclisin də üzvü olan H.Həsənov 2000-ci ilədək deputat mandatı gəzdirib.
İlham Əliyev prezident seçiləndən sonra, 2004-cü ildə H.Həsənova yeni vəzifə verilib. Həmin il o, Azərbaycanın Macarıstandakı səfiri təyin edilib. 2010-cu ilin martında isə H.Həsənovun diplomatik xidmət yeri dəyişdilib. O, Azərbaycanın Polşadakı səfiri təyin olunub.
Həsən Həsənov siyasi və dövlət xadimi, diplomat olmaqla yanaşı, alim- tarix elmləri doktorudur.
2004-cü ildə Bakıda "SSRİ-də milli təmayülçü hərəkat" mövzusunda namizədlik, 2006-cı ildə Tiflisdə "Tarixin fəlsəfəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Həsən Həsənov elmi fəaliyyətdən əlavə bədii yaradıcılıqla da məşquldur. O, Azərbaycan Dövlət Dram Teatrınn səhnəsində tamaşaya qoyulmuş dahi mütəfəkkir Mirzə Fətəli Axundovun həyat və fəaliyyətinə həsr edilmiş "Brüsseldən məktublar” pyesinin müəllifidir. H.Həsənov “Tarixin hədəfi” (“Tarixin fəlsəfəsi”), Nəriman Nərimanovun milli dövətçilik baxışları və fəaliyyəti, “Türklüyümüz”, “Misir amuleti və ieroqlifləri Azərbaycanda” adlı monoqrafiyaların, “Azərbaycanın Avropaya inteqrasiyası” əsərinin, çoxsaylı çıxışlar və məqalələr toplularının müəllifidir.
81 yaşlı H.Həsənov Azərbaycan, türk, ingilis, rus, gürcü dillərini bilir.
Prezidentin 30 dekabr 2020-ci il tarixli sərəncamı ilə Həsən Əziz oğlu Həsənov “Şöhrət” ordeni ilə təltif edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər