DTX mühüm məlumatlar yaydı – RƏSMİ
12-01-2021, 11:34
Oxunub: 6 053
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev və Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan arasında 2021-ci il yanvarın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasından keçən hissəsində neytral ərazidə və yanvarın 10-da isə Ermənistanın Sünik vilayətinə aid həmsərhəd Vorotan və Şurnux yaşayış məntəqələrində görüşlər keçirilib.
Bolgexeber.com Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadən xəbər verir ki, sonuncu görüşdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və müqabil ölkənin sərhəd xidmətinin rəhbərliyi iştirak edib.
Görüşlərdə dövlət sərhədlərində baş vermiş insidentlərin birgə araşdırılması, Azərbaycan Respublikasının Dağlıq Qarabağ və işğaldan azad olunmuş ərazilərinin təhlükəsizliyi, döyüş zonalarında meyitlərin basdırıldığı yerlərin müəyyənləşdirilməsi və əsirlərin dəyişdirilməsi, həmçinin Birinci Qarabağ və Vətən müharibəsində itkin düşmüş, girov götürülmüş şəxslərin talelərinin aydınlaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.
Eyni zamanda aparılmış danışıqlarda 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən əldə edilmiş atəşkəsə davamlı riayət edilməsinin hər iki xalqın, o cümlədən Qarabağın azərbaycanlı və erməni icmalarının maraqlarına və təhlükəsizliyinə xidmət etdiyi vurğulanıb.Sonxeber.az
Çox Oxunanlar
- 23-02-2024, 17:41 : Türkiyədə zəlzələ baş verdi
Dünya / Xəbərlər
- 23-02-2024, 12:24 : 730-cu gün: Rusiyanın itkiləri açıqlandı
Dünya / Xəbərlər
- 23-02-2024, 15:51 : "Dalğa Arena"nın adı dəyişdirildi
İdman / Xəbərlər
- 23-02-2024, 15:17 : Türkiyə ordusu 4 PKK terrorçusunu məhv etdi
Dünya / Xəbərlər
- 23-02-2024, 17:19 : Vətəndaşların pulunu mənimsədi, həbs edildi
Sosial / Xəbərlər
- 23-02-2024, 16:49 : Ukrayna və Danimarka təhlükəsizlik sazişi imzalayıb
Dünya / Xəbərlər
- 23-02-2024, 16:10 : Prezident fərman imzaladı
Siyasət / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 23-02-2024, 11:55 : İlham Əliyev Yaponiya İmperatorunu təbrik etdi
Siyasət / Xəbərlər
- 23-02-2024, 10:22 : Neft bahalaşdı
Xəbərlər / İqtisadiyyat