BolgeXeber.Com » Siyasət » Müharibə Ermənistana 38 milyarddan çox zərər vurub - Rəqəmlər açıqlandı

Müharibə Ermənistana 38 milyarddan çox zərər vurub - Rəqəmlər açıqlandı

12-01-2021, 17:22
Oxunub: 2 579 "Nikol Paşinyan Ermənistan Respublikasına və erməni xalqına ən azı 38,4 milyard dollar ziyan vurub”.
Bu barədə "Əsgər Sığortası” Fondunun Qəyyumlar Şurasının keçmiş üzvü Mesrop Manukyan "Facebook” səhifəsində yazıb.
"1. İnsan itkiləri – təqribən 7 milyard dollar (təxminən 4500 ölən və itkin düşən hərbçi, təxminən 5000 birinci dərəcəli əlil, təxminən 6000 nəfər ikinci dərəcəli əlil, təxminən 2000 fiziki cəhətdən sağlam, lakin cəmiyyətin tam üzvü olmayan şəxs)
2. "Hayastan Ümumerməni Fondu” Azərbaycanın nəzarəti altındakı ərazilərə təxminən 150 milyon dollar sərmayə qoyub. Yalnız Şuşidə (Şuşa – red.) 15 milyon dollar dəyərində layihələr həyata keçirilmişdi. Təkcə burada erməni xalqına 500 milyon dollar ziyan dəyib.
3. Müdafiə sistemimizə təxminən 2 milyard dollar ziyan dəyib.
4. Sotk (Zod qızıl yatağı – red.) mədəni – təxminən 8 milyard dollarlıq zərər.
5. Qarabağda itirilmiş hidroelektrik stansiyalarının dəyəri təxminən 600 milyon dollardır.
6. Rəsmi statistikaya görə, Artsaxda hər il 150 min tonadək taxıl və taxıl yetişdirilir. Yerli tütünün 30%-i Qarabağda istehsal olunurdu. Qarabağdan erməni xalqına ən keyfiyyətli meyvə və tərəvəz məhsulları tədarük olunurdu. İtirilən bölgələrdə kənd təsərrüfatı məhsulları sahəsində ildə 300 milyon dollar dəyərində meyvə və tərəvəz istehsal olunurdu. Qarabağ erməni ət məhsullarına olan tələbatın bir hissəsini təmin edirdi. Burada dəyən zərər ən azı 3 milyard dollar dəyərində olacaq.
7. "Əsgər Sığortası” Fonduna təxminən 1 milyard 200 milyon dollar borc yığılıb, yəni potensial vergi ödəyən Ermənistan Respublikası vətəndaşları bu məbləği ödəməlidirlər.
8. Bank sistemnə təxminən 1 milyard dollar zərər dəyib.
9. Qarabağdakı mədənlərin 10-u indi Azərbaycanın nəzarətindədir, buradakı ziyan təxminən 3 milyard dollar dəyərindədir.
10. İnfrastruktura dəymiş ziyan – təxminən 2 milyard dollar.
11. "Kataro” Şərab Zavodu, "Masis Tobacco” MMC-nin İşxanadzor filialı … təxminən 100 milyon dollarlıq zərər.
12. İnsanlara dəyən minimum mənəvi ziyanın dəyəri – 3 milyard dollar.
13. Mülk itkisi – ÖLÇÜLMƏZ DƏRƏCƏDƏ! Bununla birlikdə, ən azı 7 milyard dollarlıq zərər (meşələr, torpaq, su, mənzil fondu …)”, – deyə paylaşımda bildirilib.
Mənbə: Qazet.az