Rəsul Quliyev: “Azərbaycana qayıda bilmirəm”
2-07-2013, 09:35
Oxunub: 5 615
“Xalqı başa salmaq lazımdır ki, onun aktiv iştirakı olmadan bu hakimiyyəti dəyişəcək qüvvə mövcud deyil”. Modern.az saytının məlumatına görə, bu barədə Milli Məclisin eks-spikeri, uzun illərdir Amerikada mühacirətdə olan Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev bildirib.
Sosial şəbəkələrdə ona ünvalanan çoxsaylı suallara cavab verən R.Quliyev müxalifət liderlərinə və Milli Şura üzvlərinə ciddi mesajlar göndərib:
“Bu gün mən camaatın diqqətini 2013-cü il prezident seçkisinə yönəltmək istəyirəm, çünki budur Azərbaycanın taleyüklü məsələsi. Sizin bir hissəniz hadisələri 2005-ci il parlament seçkiləri, daha doğrusu mənim Azərbaycana qayıda bilməməyimə yönəldirsiniz. Əlbəttə, bu məsələdə müzakirə olunmalıdır, ancaq bu müzakirə 2013-cü ildəki seçkiyə pozitiv bir şey verəcəksə. Söhbət mənim qəhrəmanlığımdan və ya qorxaqlığımdan getmir”, - deyə bildirən eks-spiker daha sonra özünün Azərbaycana qayıtmağından danışıb: “Mənim Azərbaycana dönə bilməməyim faktdır, ancaq yerdə qalan bütün müxalifət liderləri Bakıda idi və biz uduzduq və ağır məğlubiyyətə uğradıq. Söhbət ondan gedir ki, 2008 və 2010-cu ildə ümumiyyətlə heç bir müqavimət göstərə bilmədik. 2005-ci ildə Bakının küçələrinə çıxarılan təpədən dırnağadək silahlanmış qoşunlar və zirehli texnikanı ancaq 1990-cı ilin yanvarında Biləcəridə Bakını işğalqabağı toplaşmış Sovet qoşunları ilə müqayisə etmək olardı. 1990-cı ildə Əliyevi, 1993-cü ildə Surət Hüseynovu Bakıya buraxmamaq üçün çıxarılan silahlı qüvvələr 2005-ci ildəki gücün heç 1 faizi də deyildi. Siz hansı dünyanın hansı tarixində oxumusunuz ki, bir nəfər təkbaşına bağlanmış sərhədlərdən, bağlanmış aeroportlardan keçib qəfildən haradasa peyda ola bilər. Bunları müzakirə üçün yazmıram sadəcə nəzərinizə çatdırıram. Yenidən diqqətinizi 2013-cü ilə yönəltmək istəyirəm”.
R.Quliyev həmçinin üzvü olduğu Milli Şuranın fəaliyyətindən söz açıb. Sabiq spiker Milli Şuranın seçkilərdə qələbə qazanmasının xalqın aktiv iştirakından aslı olduğunu deyib.
“Milli Şura yaranıb. Bu kifayət qədər ümidin artması və pozitiv enerjinin inkişafına səbəb olub. Ancaq məsələ ondadır ki, camaatın böyük əksəriyyəti düşünür ki, Milli Şura yunan mifologiyasında olan qəhrəmanlardan biridir və o xalqı xilas edəcək. Özünün iştirakını ya görmür, ya da evində oturub Milli Şuranı tərifləməyi dəstək hesab edir. Və Milli Şuradan kimlərsə “hökümət təşvişə düşüb, yıxılacaq, qaçacaq” deyəndə onsuz da passiv olan camaat daha da rahatlaşır və oturub bu hadisənin nə vaxt baş verəcəyini gözləyir. Xalqı başa salmaq lazımdır ki, onun aktiv iştirakı olmadan bu hakimiyyəti dəyişəcək qüvvə mövcud deyildir”, -deyə R.Quliyev bildirib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər