BolgeXeber.Com » Siyasət » Prezident İlham Əliyev Yunanıstanın Azərbaycandakı səfirini qəbul edib

Prezident İlham Əliyev Yunanıstanın Azərbaycandakı səfirini qəbul edib

2-07-2013, 16:35
Oxunub: 5 766 Bolgexeber.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Yunanıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İoannis Metaksası diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Səfir İoannis Metaksasın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Yunanıstan arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı səfirə gələcək fəaliyyətində uğurlar arzuladı.

Görüşdə Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu, əlaqələrimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd edildi, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün böyük imkanların olduğu vurğulandı. Söhbət zamanı ölkələrimizin enerji, sərmayə qoyuluşu və digər sahələrdə tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.