BolgeXeber.Com » Siyasət » Çingiz Qənizadə :"Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik”.

Çingiz Qənizadə :"Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik”.

28-01-2021, 19:55
Oxunub: 1 480 Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə ölkəmizin dünya miqyasındakı reytinqini sürətlə artırdı. Bunun əsas səbəblərindən biri Azərbaycanın XXI əsrdə ilk və yeganə dövlət olaraq Zəfər paradı keçirməsi, eləcə də 30 il ərzində nüfuzlu beynəlxalq təşkilatların həll edə bilmədikləri Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsini 44 gün ərzində öz gücünə icra etməsidir. Dövlətimizin başçısı dəfələrlə deyib ki, biz mövcud vəziyyətlə - işğalla heç cür barışa bilmərik: “Biz imkan vermərik ki, öz ərazimizdə ikinci qondarma erməni dövlətini yaratsınlar. Birinci erməni dövləti bizim ərazimizdə, qədim Azərbaycan torpağında, İrəvan, Göyçə, Zəngəzurda qurulubdur. İkinci erməni dövləti olmayacaqdır”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Çingiz Qənizadə qeyd edib ki, ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Ermənistanın məğlubiyyətini rəsmiləşdirdi. Artıq işğaldan azad edilmiş rayonlarda abadlıq-quruculuq işlərinə başlanılıb. Bu işlərin daha da sürətləndirilməsi üçün ölkə Prezidentinin “İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında” 19 yanvar 2021-ci il tarixli Fərmanı mühüm rol oynayacaq. Fərmanda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinə ölkə Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Prezidentə tabe olan Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri rəhbərlik edirlər. Artıq Fərmanın icrasına başlanılıb və Aydın Kərimov Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi vəzifəsinə təyin olunub. Dövlətimizin başçısı Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bir daha xatırlatdı ki, azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi institutu onun təşəbbüsü ilə yanvarın 19-da yaradılıb. Birinci təyinat məhz Şuşa rayonuna olan təyinatdır. Belə bir institutun yaradılması 2018-ci ildən başlanan islahatların tərkib hissədir.
Hüquq müdafiəçisi qeyd edib ki, əslində, ölkəmizdə islahatlara 18 il bundan əvvəl start verilib. 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra həmin il aprelin 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimində Prezident İlham Əliyev hər bir sahə üzrə konkret proqram və planların olduğunu, qarşıdakı dövrdə islahatların dərinləşəcəyini, institusional islahatların həyata keçiriləcəyini bəyan etmişdi. Dövlət başçısı demişdi ki, növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik. Ölkə başçısı əminliklə bildirmişdi ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaq. Baxmayaraq ki, son dövrdə kifayət qədər uğurlar, nailiyyətlər əldə edilib, ancaq biz bununla kifayətlənməməliyik: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik”.
Ç.Qənizadə vurğulayıb ki, son illər ölkəmizdə keçirilən genişmiqyaslı islahatlar Azərbaycanı yeni inkişaf mərhələsinə çıxarıb. Eyni zamanda, idarəçilik sistemində çevikliyi, operativliyi daha da artırıb və müasir çağırışlara uyğunluğu təmin edib. Həyata keçirilən islahatlar idarəetmənin optimallaşdırılması ilə yanaşı, onun səmərəliliyini də artırıb. İndiyədək həyata keçirilən islahatlar nəticəsində bütün sahələrdə qazanılan uğurlar özünü açıq şəkildə büruzə verir. 2020-ci ilin sentyabrın 27-də işğalçı Ermənistan ölkəmizə qarşı genişmiqyaslı hücuma keçərkən sanki unudurdu ki, hər şey keçmişdə onların arzuladıqları kimi olacaq. Ancaq bu dəfə qarşılarında çox güclü Azərbaycan Ordusunu gördükdə özlərini itirdilər. 44 gündən sonra isə rəsmən təslim olduqlarını etiraf etdilər. Bu, ordu quruculuğunda həyata keçirilən genişmiqyaslı islahatların bariz nümunəsi idi.
Ölkə başçısı əminliklə bildirmişdi ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaq. Baxmayaraq ki, son 15 il ərzində kifayət qədər uğurlar əldə edilib, ancaq biz bununla kifayətlənməməliyik: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz, qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik”.
Bəli, bu gün Azərbaycan dünyada qüdrətli ölkəyə çevrilib. 44 gün ərzində 300-dən artıq yaşayış məntəqəsinin düşməndən azad edilməsi ölkəmizin qüdrətini göstərən faktdır. Prezident həmin ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq içlərinə başlanıldığını diqqətə çatdırdı. Həmçinin Şuşanın qorunması ilə bağlı müvafiq göstərişlər verdiyini bildirdi. Dedi ki, Azərbaycan hərbçiləri Şuşanı qoruyurlar, ətraf yüksəklikləri nəzarətdə saxlayırlar və saxlayacaqlar. Şuşada komendantlıq yaradılıb və indi isə mülki idarəetmə institutu yaradılır. Şuşanın Azərbaycan tarixində xüsusi yeri var və Şuşanın bərpası, dirçəlməsi hamımızın işidir. Əlbəttə ki, bütün işlər planlı şəkildə aparılmalıdır, Şuşanın tarixi siması saxlanılmalıdır, Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz.
Şuşa artıq Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Ölkədə aparılan yenidənqurma və abadlıq, islahatlar Şuşanı nəinki Azərbaycanın, hətta bölgənin mədəniyyət paytaxtına çevirəcək.