BolgeXeber.Com » Siyasət » İlham Əliyev ATƏT sədrini qəbul edib

İlham Əliyev ATƏT sədrini qəbul edib

8-07-2013, 14:20
Oxunub: 5 254 Prezident İlham Əliyev iyulun 8-də ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojaranı qəbul edib. Görüşdə Azərbaycanla ATƏT arasında əməkdaşlığın gələcək inkişafı, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Bolgexeber.com-un məlumatına görə, söhbət zamanı Azərbaycanla Ukrayna arasında münasibətlərin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində durumuna da qiymət verilib.