BolgeXeber.Com » Siyasət » YAP Cəlilabad rayon təşkilatı onlayn formatında növbəti Şura iclasını keçirmişdir

YAP Cəlilabad rayon təşkilatı onlayn formatında növbəti Şura iclasını keçirmişdir

17-02-2021, 13:59
Oxunub: 3 770
16 fevral 2021-ci ildə YAP Cəlilabad  rayon təşkilatı onlayn formatında növbəti Şura iclasını keçirmişdir. İclasda RT-nın Şura üzvləri, ilk təşkilat sədrləri, Milli Məclisin deputatları, Malik Həsənov və Elman Nəsirov, həmçinin YAP İcra Katibliyi aparatının təşkilatlarla iş şöbəsinin əməkdaşı cənab Ramil Mirzəyev iştirak etmişlər. 
Şura İclasında YAP Cəlilabad trayon təşkilatının 2020-ci ildəki fəaliyyəti barədə sədr Mirsüleyman Mirxaslı hesabat məruzəsi ilə çıxış etmişdir.                                                                                                                               Müzakirələrdə YAP Cəlilabad rayon təşkilatı Gənclər Birliyinin sədri Vüsal Kazımov, Qadınlar Şurasının sədri Fərqanə Məmmədova, Milli Məclisin deputatları Malik Həsənov və Elman Nəsirov, həmçinin YAP İcra Katibliyi aparatının təşkilatlarla iş şöbəsinin əməkdaşı cənab Ramil Mirzəyev çıxış etmişlər. Şura üzvlərinin təklifi ilə rayon təşkilatının ötən ilki fəaliyyəti qənaətbəxş hesab olunmuş, qarşıdakı dövrdə təşkilatın fəaliyyətinin daha da yaxşılaşdırılmasını təmin etmək məqsədilə qərar qəbul olunmuşdur.
Bolgexeber.com