BolgeXeber.Com » Siyasət » Qarabağ alternativ enerji mənbəyinə çevriləcək

Qarabağ alternativ enerji mənbəyinə çevriləcək

4-03-2021, 15:18
Oxunub: 5 547 Qarabağ alternativ enerji mənbəyinə çevriləcək
Qarabağ... Artıq 30 illik həsrətdən sonra doğma Qarabağımıza qovuşduq. 44 günlük Vətən müharibəsinə müzəffər ordumuz və Ali baş komandanımız sayəsində torpaqlarımız işğaldan azad olundu. Cənab İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət nəticəsində xalqımız zəfər çaldı. O bütün dünyaya Azərbaycan xalqının bir yumruq kimi öz liderinin ətrafında birləşərək nəyə qadir olduğunu sübut etdi.Son keçirdiyi brifinqdə də 4 saat 4 dildə bütün dünya mediası qarşısında çıxışı ilə bir daha bütün dünyaya bəyan etdi ki,Qarabağ Azərbaycandır və işğaldan azad olunmuş torpaqlarımız Azərbaycan üçün necə dəyərlidir. Bu gün o torpaqlarda artıq abadlıq, quruculuq işlərinə başlanılıb. Bu sahələrdən biri və ən önəmlisi Qarabağın alternativ enerji mənbəyinə çevrilməsidir. Məhz cənab prezidentimizin qətiyyəti nəticəsində hələ müharibədən əvvəl Azərbaycanda bərpa olunan enerjiyə investisiyalar cəlb etməyə nail olmuşdur.İki iri beynəlxalq şirkət ümumi həcmi 440 meqavata bərabər günəş və külək elektrik stansiyaları tikintisinə sərmayə yatırmaq arzusunda olduqlarını bildirib.Dünyanın aparıcı enerji şirkətləri arasında tender keçirilib və iki şirkət ən yaxşı təkliflər irəli sürüb.Qarabağda enerji mənbələri hansılardır?Qarabağda alternativ enerji mənbələri aşağıdakılardır:
1.Hidroenerji potensialı
2.Günəş enerjisi potensialı
3.Külək enerjisi potensialı
4.Geotermal enerji potensialı
5.Daş kömür ehtiyatı
1. Hidroenerji potensialı - Qarabağ ərazisi bərpa olunan enerji resursları ilə zəngindir.Qarabağ Azərbaycanda yeri su ehtiyatlarının formalaşdığı əsas rayonlardan biridir.Azərbaycanın yerli su ehtiyatlarının 25%-i, yəni, ildə təqribən 2 milyard 560 milyon kubmetr su ehtiyatları bu ərazidə formalaşır.Regionun Tərtər,Bazarçay(Bərgüşadçay),Həkəri kimi əsas çayları və digər kiçik çayları böyük su enerji potensialına malikdir.Bunların bir hissəsindən sovet dövründən istifadə olunur,lakin xeyli hissəsindən gələcəkdə istifadə etmək mümkün olacaqdır. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində üç iri su elektrik stansiyası mövcud olmuşdur ki, bu stansiyalardan biri “ Tərtər “ SES 1976 – ci ildə Tərtər rayonu ərazisində , Tərtərçayın üzərində Sərsəng su anbarı ilə birgə inşa edilmişdir. Stansiya hər birinin gücü 25 Mvt olan 2 hidroaqreqatdan ibarətdir.
Bəndinin hündürlüyünə görə (125 metr) Sərsəng ölkədə ən hündür bəndli su anbarlarından biridir.Sərsəng su anbarı 6 rayonun ( Tərtər ,Ağdam , Bərdə , Goranboy ,Qazax və Ağcabədi ) 125 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. 1990 – cı ildə stansiyanın il ərzində istehsal etdiyi elektrik enerjisi 81,9 mln KVt.st olmuşdur. Stansiya 1993 –cü ildən işğal altında idi. Komleksə lazımi texniki xidmətin göstərilmədiyini , istifadə olunan avadanlıqların köhnəldiyini nəzərə alaraq , ilk növbədə onun texniki vəziyyətinin qiymətləndirilməsinə daha sonra isə bərpa işlərinin aparılmasına ehtiyac olacaqdır. Regiondakı digər mühüm enerji obyektləri “ Xudafərin “ və “ Qız Qalası “ su elektrik stansiyalarıdır . Azərbaycanın Cəbrayıl rayonundakı Xudafərin kəndindən 1 km şimal – qərbdə yerləşən “ Xudafərin “ Su Elektrik Stansiyası layihəsinin ərazisi 1992 – ci ildən Cəbrayıl rayonunun işğalı nəticəsində Ermənistanın nəzarəti altına düşmüş və stansiyanın Azərbaycan tərəfdən tikintisi dayandırılmışdır . Lakin stansiyanın İran tərəfdən tikintisi davam etdirilmişdir. Qeyd etmək lazımdır ki , stansiyanın Azərbaycan tərəfində hər birinin gücü
50 meqavata bərabər olan 2 hidroaqreqatdan ibarət olması planlaşdırılır.
Araz çayı üzərində tikintisi nəzərdə tutulmuş “ Qız qalası “ Su Elektrik Stansiyanın isə hər biri 20 Mvt olan 2 hidroaqreqatdan ibarət olacağı planlaşdırılır və stansiyanın İran tərəfində tikintisi davam etdirilir.
“ Xudafərin “ hidroqovuşağı bəndinin tikintisi demək olar ki , tamamlanmışdır . “Qız Qalası “ hidroqovuşağının bəndində isə işlər yekunlaşmaq üzrədir .
“ Xudafərin” və “ Qız Qalası “ hidroqovşaqlarının və su elektirik stansiyalarının tikintisi və istifadəsi iki ölkə arasında 2016 – cı ildə imzalanmış sazişlə tənzimlənir.
Salyan rayonu, Şəkərli kənd sakini Qasımova Ülviyyə