Mübariz Mənsimov bu gün məhkəməyə çıxarılır - İş adamı azadlığa çıxa bilər
5-03-2021, 09:56
Oxunub: 3 513
Türkiyədə həbs olunan azərbaycanlı iş adamı - “Palmali” şirkətinin prezidenti Mübariz Mənsimov bu gün məhkəmə qarşısına çıxarılacaq.
Modern.az saytının məlumatına görə, azərbaycanlı iş adamının bu gün azadlığa buraxılacağı gözlənilir. Belə ki, İstanbul Baş Prokurorluğu bir neçə gün öncə Mübariz Mənsimovun sərbəst buraxılmasını istəyib.
Xatırladaq ki, Mübariz Mənsimov Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən 2020-ci ilin mart ayının 15-də saxlanılıb, martın 17-də isə onun barəsində həbs qətimkan tədbiri seçilib. Azərbaycanlı iş adamı FETÖ terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunur.
Mübariz Mənsimov ilk gündən ittihamları rədd edir və bu işin ona qarşı əvvəlcədən planlaşdırılmış qurğu olduğunu bildirir. İş adamı həbsdə olduğu müddətdə də dəfələrlə bildirib ki, onun FETÖ terror təşkilatı ilə heç vaxt əlaqəsi olmayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər