Ata Abdullayev neçə il cəza alacaq? - AÇIQLAMA
15-03-2021, 14:04
Oxunub: 3 833
Ata Abdullayevlə bağlı irəli sürülən ittihamlar təsdiqini taparsa, o, 5 il müddətinə azadlıqdan mərhum edilə bilər.
Bunu Axar.az-a Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə saxlanılan Ata Abdullayevin həbs müddəti barədə danışan hüquqşünas Səməd Vəkilov deyib. O bildirib ki, bundan əvvəl də barəsində cinayət işi açılan Ata Abdullayevə ağırlaşdırıcı cəza veriləcək:
“Ata Abdullayevə qarşı irəli sürülən ittiham öz təsdiqini taparsa və yüngülləşdirici hallar olmasa, onu 3 ildən 5 ilədək həbs müddəti gözləyir. Bundan başqa onun vaxtı ilə başqa bir cinayət əməlinə görə mühakimə olunduğu bildirilir. Bu isə istənilən halda ağırlaşdırıcı hal kimi qeydə alınacaq və böyük ehtimalla ona cəzanın yuxarı həddi veriləcək”.
Qeyd edək ki, özünü bloger kimi təqdim edən Ata Abdullayevin barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan olunub və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər