Hikmət Hacıyevdən erməni kilsəsinin sökülməsi iddialarına - Münasibət
25-03-2021, 17:30
Oxunub: 4 729
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Cəbrayıl bölgəsində yerləşən erməni kilsəsinin sökülməsi iddiasına münasibət bildirib.
Hikmət Hacıyev bu barədə öz tvitter hesabında yazıb. O sözügedən ibadətgahın hərbi personal üçün nəzərdə tutularaq qanunsuz yolla tikildiyini bildirib. Hikmət Hacıyev 2017-ci ildə Xarici İşlər Nazirliyinin sözçüsü olaraq verdiyi müsahibədən sitat gətirərək bildirib:
"2017-ci ildə Xarici İşlər Nazirliyinin sözçüsü olaraq ermənilərin heç vaxt yaşamadığı işğal altındakı Cəbrayılda qanunsuz hərbi kilsənin tikilməsi ilə bağlı açıqlama verdim. "Azərbaycana aid hər şeyi dağıtmaqla bərabər ibadətgah qurmaq xristianlığın təməl prinsiplərinə ziddir",-deyə qeyd etdim".
Daha sonra isə Prezidentin köməkçisi BBC-nin sözügedən ibadətgahla bağlı reportajını paylaşaraq qeyd edib:
"2017-ci ildə Azərbaycanın müraciəti əsasında ATƏT-in Minsk Qrupu həmsədrləri Cəbrayılda tikilmiş qanunsuz ibadətgahı ziyarət ediblər. Onlar sözügedən tikilinin hərbi hissədə inşa edilmiş və əsgərlər üçün nəzərdə tutulmuş ibadətgah olduğu qənaətinə gəliblər. Zəbt olunmuş torpaqların dini-mədəni mahiyyətini dəyişdirmək istiqamətində istənilən cəhdlər qanunsuz hesab olunur".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər