“Küçə süpürməyim ictimai aksiyaya çevrilə bilər”
16-07-2013, 17:45
Oxunub: 5 981
“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova yanvarın 26-da Bakıda meriya ilə razılaşdırılmamış aksiyada iştirak etdiyinə görə 400 manat cərimələnib.
Cərimə ödənmədiyindən Binəqədi Rayon Məhkəməsi iyunun 10-da jurnalistin 220 saatlıq ictimai işə cəlb olunması qərarı çıxarıb. Binəqədi Rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Şöbəsində Xədicə İsmayıla küçə süpürməyi təklif ediblər.
İctimai işə cəlb olunsa da, cərimə qüvvədə qalır. Cərimə ödənməsə, nə ola bilər?
İyulun 16-da “Media forum” saytına danışan Xədicə İsmayılova deyib ki, bu haqda heç bir məlumat almayıb: “Bu məsələdə hüquqi boşluq var. Bu boşluğu istənilən halda mənim əleyhimə yönəldə bilərlər. Bir cinayətə görə iki dəfə cəzalandırmaq qanunsuzluqdur. Ancaq Azərbaycanda hər şey mümkündür. Cərimə ilə bağlı qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etməliyəm. Bu işlə bağlı Azərbaycanda görə biləcəyim iş yoxdur”.
Xədicə İsmayıl qeyd edib ki, iyulun 16-da onu Binəqədi Rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Şöbəsinə dəvət ediblər: “ Sabah ora getmək fikrim var. Məhkəmə icraçılarına deyirəm ki, mən hansı mənzil-kommunal təsərrüfat qurumu ilə işləməliyəm? Demirlər, narahat olurlar ki, küçə süpürməyim ictimai aksiyaya çevrilə bilər. Gedib yazılı iltizam vermişəm ki, küçə süpürməyə hazıra
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər