Həbslərin ikinci dalğası gəlir
17-05-2011, 16:00
Oxunub: 7 294

Bu dəfə bir qədər iri çinli məmurlar hədəfə alınacaq, hakimiyyət son hazırlıqlara başlayıb
Hələ bir müddət əvvəl Ərəb dünyasında baş verən hakimiyyət dəyişiklikləri Azərbaycana da təsirini buraxmışdı. Proseslərin hələ də davam etməsi Bakıda hakimiyyət dairələrini narahat edir və bu səbəbdən də əhalinin ayağa qalxmasının qarşısını almaq üçün onları tədbirli olmağa vadar edir.
Bolgexeber.com proseslərin ilkin mərhələsində hakimiyyət camaatın yanında özünü şirin satmaq üçün bəzi addımlar atmağa başlamışdı. Həmin addımlardan biri də daha çox şikayətlər olan strukturların yerli nümayəndələrinin həbsi ilə müşahidə olunurdu. Qısa müddət ərzində bir neçə hərbi komissarın və Sosial Müdafiə Mərkəzlərinin rəhbərləri həbs edilərək, məhkəmə qarşısına çıxarılmışdı. Bu prosesin uzunmüddət bu şəkildə davam edəcəyi inandırıcı deyildi. Ancaq ərəb inqilablarının xofu hələ də qaldığından məsələyə davam deyiləcəyi inandırıcı görünür.
Bolgexeber.com xəbər verir ki, TİA.AZ-a verilən məlumatlarda deyilir ki, hakimiyyət həbslərin yeni mərhələsini həyata keçirmək üçün son hazırlıqlara başlayıb. Məlumatlı mənbənin dediyinə görə, yay aylarından etibarən həyata keçiriləcək bu kampaniya əsasən orta və bir qədər iri çinli məmurları əhatə edəcək. Mənbənin bildirdiyinə görə, həbs edilənlər arasında nazir və ya onların müavinləri olmayacaq. Amma cəmiyyətin yaxşı tanıdığı şəxslərin bu sırada olacağı istisna edilmir.
Məlumatlarda vurğulanır ki, bu zaman təkcə hakimiyyətin əhalinin rəğbətini qazanmaq niyyəti yoxdur. Həmçinin hakimiyyət içindəki qruplaşmaların da prosesə xüsusi diqqət yetirdiyi bildirilir. Qeyd olunur ki, həmin qruplaşmalar bir-birini zəiflətmək və gözdən salmaq üçün həbslərin reallaşmasını istəyirlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər