Rəsul Quliyev Müsavatı cavabsız qoymadı
23-07-2013, 10:45
Oxunub: 5 594
Eks-spikerə cavab gecikmədi: “Rəsul Quliyev illərdir Amerika kimi azad ölkədə yaşasa da demokratik düşüncəyə sahib olmayıb...”
Hər ikisi eyni qurumda - Milli Şurada təmsil olunmalarına baxmayaraq eks-spiker Rəsul Quliyev və Müsavat başqanı İsa Qəmbər arasında “soyuq müharibə” səngimək bilmir. Xüsusən də R.Quliyev seçkiqabağı okeanın o tayından İsa Qəmbərin və onun başqanı olduğu partiyanın ünvanına ağır ittihamlar səsləndirir.
Milli Məclisin sabiq sədri bu dəfə Müsavat başqanını dağıdıcılıqda ittiham edib. O, Müsavat başqanının prezidentliyə layiq olmadığını bildirib. Eks-spiker bu barədə azforum-un suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, Azərbaycanın gələcəyi uğrunda gedəcək mübarizədə Milli Şura adı altında birləşməkdən söhbət gedirsə, burada İsa Qəmbər şəxsiyyətini müzakirə etmək düzgün deyil: “Onun Azərbaycanın gələcəyinin formalaşmasında nə rolu ola bilər, məndən soruşsanız ancaq neqativ cavabını verərəm. Çünki insanda konkret bu xalq üçün nə istəyir fikri formalaşmayıb”.
R.Quliyev bildirib ki, İsa Qəmbərin prezidentin səlahiyyəti və məsuliyyəti barədə anlayışı 1992-ci ilin may ayının səviyyəsində qalıb: “Söhbət burada ondan yox, Müsavat Partiyasından gedir. Milli Şura yaradanda Müsavatı kənarda saxlamaq düzgün deyildi. İndi əgər İsa Qəmbər səhv hərəkətlərə yol verirsə, məsuliyyət Müsavat Partiyasınındır, onun yox. Müsavat öz liderinin dağıdıcı siyasətinə yox deyə bilmirsə, məsuliyyəti onunla birlikdə daşıyır, bu aksiomadır”.
Eks-spikerin ittihamlarına Müsavat Partiyasından cavab gecikməyib. “Rəsul Quliyev uzun illərdir Amerika kimi azad cəmiyyətdə yaşamasına baxmayaraq, hələ də demokratik düşüncəyə sahib olmayıb. Onun müxalifət qüvvələri haqda yanlış fikirlər söylədiyi, konsensus qəbul etmək təsəvvürləri olmadığı göz qabağındadır. Bu da Rəsul Quliyevin siyasi savadının dərəcəsini göstərir”.
Bu sözləri partiya başqanının müavini Gülağa Aslanlı “Yeni Müsavat”a deyib.
Onun sözlərinə görə, İsa Qəmbər prezidentliyə layiq olduğunu sübut edib və 2003-cü il seçkilərində qalib gəlib: “Cəmiyyət İsa Qəmbərin və Müsavatın qiymətini verib. Müsavat Partiyası 1995 və 2000-ci illərdə, ümumiyyətlə həm blok, həm ayrılıqda seçkidə iştirak edərək xalq tərəfindən səsini alıb. Xalq İsa Qəmbərin və Müsavatın qiymətini verib. Rəsul Quliyevin də qiymətini elə xalq verib. Yaxşı olar ki, bu cür ifadələr işlətməklə Açıq Cəmiyyət Partiyasını ağır duruma salmasın”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər