BolgeXeber.Com » Siyasət » Ermənistanda istefalar davam edir

Ermənistanda istefalar davam edir

31-05-2021, 17:30
Oxunub: 2 168 Ermənistanın xarici işlər nazirinin müavini Qaqik Qalaçyan istefa verib.
Bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan məlumat verib.
Nazir müavinin istefa ərizəsini hələ mayın 27-də XİN rəhbəri Ara Ayvazyan istefa verərkən yazdığı bildirilir.
Anna Naqdalyan erməni KİV-ə açıqlamasında özünün də istefa verdiyini açıqlayıb.
Qeyd edək ki, Ermənistan mətbuatı Ara Ayvazyanın digər müavinlərinin də istefa vermək niyyətində olduğunu yazmışdı.