Zakir Həsənov istefaya GÖNDƏRİLİR – AÇIQLAMA
22-07-2021, 09:39
Oxunub: 10 280
Son günlər Müdafiə Nazirliyinin adı orduda xəyanət və dövlətçiliyə ziyan vuran digər məsələlərdə hallanır.
Müzəffər Azərbaycan əsgərinin qələbəsinə kölgə salmaq istəyən şəxslər üçün isə əsl fürsət yaranıb.
Nəcməddin Sadıkovun “Dubay məcaraları”, Rövşən Əkbərovun həbsi, eyni zamanda, “Tərtər işi”nin yenidən gündəmə gəlməsi Müdafiə Nazirliyinin idarəetməsində, strukturlarında ciddi nöqsanların olmasından xəbər verir. Cəmiyyətdə müxtəlif təbəqələr müdafiə naziri Zakir Həsənovun Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən istefaya göndəriləcəyini gözlənilir.
Bəs, müxalifət nə düşünür? Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu sualımıza aydınlıq gətirib.
GUNinfo.az-ın xəbərinə görə partiya sədri bildirib ki, özünə hörmət edən nazir indiki məqamda ən azından istefaya getməlidir:
“Özündə nazir mədəniyyəti, general mədəniyyəti daşıyan şəxs nazirlik etdiyi qurumda bu qədər “maxinasi”yalar, manipulyasiyalar olduğuna görə istefa verməlidir ki, araşdırmalar obyektiv aparıla bilsin. Qalib ordunun nazirini tutduğu vəzifədən azad etmək dövlət ənənəsinə zidd bir məsələdir. Biz bilirik ki, qalib ordunun qalib olmasında Zakir Həsənovun heç bir rolu yoxdur. Onun uğursuzluqlardan başqa heç bir xidməti də yoxdur. Düşünürəm ki, indiki məqamda Zakir Həsənov istefa verməlidir!”. Azerforum.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər