BolgeXeber.Com » Siyasət » Əfv etmə və amnitsiya ilə bağlı parlamentdə dinləmə olacaq

Əfv etmə və amnitsiya ilə bağlı parlamentdə dinləmə olacaq

20-09-2021, 18:59
Oxunub: 2 392 Milli Məclisdə əfv etmə və amnistiya ilə bağlı dinləmə keçiriləcək.

APA-nın məlumatına görə, bu, parlamentin İnsan hüquqları komitəsinin 2021-ci il payız sessiyası üçün iş planına daxil edilib.

Qeyd edilib ki, sessiya müddətində “Əfv etmə-amnistiya aktı İnsan hüquqlarının təminatı institutu kimi: reallaşdırılmasının aktual problemləri” mövzusunda vətəndaş cəmiyyəti və ekspertlərlə dinləmələrin keçirilməsi nəzərdə tutulub.