BolgeXeber.Com » Siyasət » İcra başçısının anım günü münasibəti ilə şəhid məzarlarını ziyarəti davam edir

İcra başçısının anım günü münasibəti ilə şəhid məzarlarını ziyarəti davam edir

22-09-2021, 11:36
Oxunub: 2 784 27 sentyabrın anım günü münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun şəhid məzarlarını ziyarəti davam edir. İcra başçısı sentyabrın 20-də Tərtər şəhər qəbristalığında dəfn olunan bütün şəhidlərimizin məzarlarını ziyarət edib, dərin hörmət və ehtiramla məzarlarına gül-çiçək dəstələri düzüb.
Sonra rayon rəhbəri şəhidlərin ailə üzvüləri ilə görüşərək, onların problemləri, qayğıları ilə maraqlanıb.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.