BolgeXeber.Com » Siyasət » Kimin kim olduğunu göstərmiş 44 günlük müharibə

Kimin kim olduğunu göstərmiş 44 günlük müharibə

28-09-2021, 13:59
Oxunub: 2 248 Möhtərəm Prezidentimiz Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev müsahibəsində böyük qürur hissi ilə Azərbaycan Ordusunun rəşadətindən danışaraq qeyd etdi ki , 44 gün ərzində döyüşçülərimiz yalnız irəlilədi. Elə döyüş əməliyyatlarının ilk günündə Azərbaycan Ordusu Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri, Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kəndi azad etdi.Ordumuz ilk gündən düşmənin müdafiə xəttini yarmağa nail oldu. Elə ilk gündən əldə olunan nailiyyət Orduda yüksək döyüş ruhunun yaranmasına səbəb olmuşdu.
Düşmən üzərində qələbəmizi təmin edən əlbəttə ki, döyüşçülərimizin uğurlu hərbi əməliyyatları idi.Düşmənin gözləmədiyi və gələcəyimizi güman etmədiyi yollardan hücuma keçməklə – oktyabrın əvvəlində Cəbrayıl şəhəri azad edildi. Bu, rəmzi mənada da bizim üçün çox əhəmiyyətlı idi, çünki bu, ilk şəhər idi. Müzəffər Ordumuz Oktyabrın 17-də Füzuli şəhərini azad etdi. Füzuli Qarabağ regionunda əhalisinin sayına görə Ağdamdan sonra ikinci böyük şəhərdir. Sonra Soltanlı və Əmirvarlı yaşayış məntəqələri alındı.
Azərbaycan Ordusunun gücünü,döyüş qabiliyyətini görən düşmən ordusunda vahimə yarandı və onlar Zəngilan şəhərindən qaçmağa başladılar.Qubadlının, Laçın rayonunun Güləbird və digər kəndlərinin azad edilməsi Laçın dəhlizinə nəzarət etməyimizə imkan verdi. Möhtərəm Prezidentimiz Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyev Şuşa əməliyyatını qələbəmizin zirvəsi adlandırdı və döyüşçulərimizin misli görünməmiş şücaət və qəhrəmanlıqla düşmənin belini qirmasından qürurla danışdı.
Möhtərəm Prezidentimiz bu müsahibədə Azərbaycan Ordusunun malik olduğu döyüş aparatları-İsrail istehsalı olan “SkyStrker” adlı pilotsuz vasitələrin və erməni ordusunun kabusuna çevrilmiş, Türkiyə istehsalı olan “Bayraktar TB2”lərin əhəmiyyətini də qeyd etdi. Həmçinin Müdafiə Nazirliyinin xüsusi Təyinatlı qüvvələrinin,Sərhəd qoşunlarının xüsusi təyinatlılarının,Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlilarının, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlılarının Zəfərin əldə edilməsində çox fəal və səmərəli döyüş fəaliyyətlərindən danışdı.
Kapitulyasiya Aktından danışan Prezident cənab İlham Əliyev bildirdi ki, biz dəfələrlə Ermənistanın işğal etdiyi ərazilərdən çıxacağı tarixi deyən kimi müharibəni dayandırmağa hazır olduğumuzu bidirmişdik. Lakin Ermənistan buna məhəl qoymurdu. Şuşa şəhərində Azərbaycan Ordusunun yenilməzliyi qarşısında məhv olan erməni ordusu 10 noyabr tarixində kapitulyasiya aktını imzalamağa məcbur oldu.Bu bizim tarixi qələbəmizdir,bu bizim Zəfər tariximizdir.Bu tarixi əbədiləşdirmək üçün biz Hərbi Qənimətlər Parkı yaratmışıq.Park 44 günlük müharibədə həlak olmuş hərbi və mülki şəxslərin ruhuna hörmət və gələcək nəsillərin tərbiyəsi üçün mühüm əhəmiyyət kəsb edir.
Möhtərəm Prezidentimiz,Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan – Rusiya ikitərəfli münasibətinin inkişafından danışaraq, gənc nəslin dostluq və həmrəylik ruhunda böyüməsinin vacibliyini də qeyd etdi.
Arifət Əhmədova - Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru