BolgeXeber.Com » Siyasət » Paşinyan mina xəritələrinin əvəzində görün nə istəyir?!

Paşinyan mina xəritələrinin əvəzində görün nə istəyir?!

4-10-2021, 10:47
Oxunub: 11 448 İrandan Azərbaycana yeni təhdid, növbəti hədə gəldi. İranın Ali Dini lideri Seyid Əli Xamneyi İran-Azərbaycan münasibətlərinə dair fikirlərini açıqlayıb. Bakıya qarşı Tehran rəsmiləri tərəfindən irəli sürülən ittihamları dəstəkləyib.
Hərbi məktəb məzunları qarşısında çıxış edən İran lideri belə deyib: “İranın şimal-qərbində, bəzi qonşu ölkələrdə baş verən hadisələr, xaricilərin hərbi iştirakı olmadan həll edilməlidir. Hamı xatırlasın ki, kimsə qardaşları üçün quyu qazarsa, özü ora düşər". "Təhlükəsizliyini başqasının hesabına təmin edə biləcəyini düşünən, tezliklə bunun üçün bir şapalaq alacağını bildirsin" - dedi.

Eyni zamanda Xamneyi heç bir ölkənin adını çəkməyib. O, yalnız Əfqanıstanda və Avropada uğursuzluğa düçar olan Amerikanı kəskin tənqid edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə hazır olduğunu bildirib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, o, bunu Vilnüsdə erməni icmasının nümayəndələri ilə görüşdə deyib.

Paşinyan görüşdə mina xəritələri barədə də danışıb. O bildirib ki, Qarabağı işğalda saxladıqları müddətdə basdırdıqları minaların xəritələrini də Azərbaycan Prezidenti ilə görüşə aparmağa hazırdır.

Erməni Baş nazir bunun üçün iddia edir ki, guya Azərbaycanda olan erməni əsirlər geri qaytarılmalıdır.