BolgeXeber.Com » Siyasət » “Gərək qeyd-şərtsiz 7 rayonu qaytaraydıq” - Paşinyandan etiraflar (VİDEO)

“Gərək qeyd-şərtsiz 7 rayonu qaytaraydıq” - Paşinyandan etiraflar (VİDEO)

6-10-2021, 11:00
Oxunub: 2 520 Litvada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsi və Şuşa ilə bağlı danışıb.
Paşinyan  sözlərinə görə, müharibədən yayınmaq üçün torpaqları geri qaytarılmalı idi:
"Bu gün çoxları müharibəyə yol verməməkdən danışır. Bunun yeganə şərti ərazilərin qaytarılması idi. Odur ki, müharibəyə yol verməmək üçün biz əraziləri qaytarmalıydıq. Ən azı beş rayonu, o biri iki rayon məsələsi başqadır. Əslində isə gərək qeyd-şərtsiz 7 rayonu qaytaraydıq”.
Şuşa barədə də danışan Paşinyan bildirib ki, bu şəhər ermənilərin nəzarəti altında olarkən heç bir yaşayış binası tikilməyib:
"Bu gün əlehdarlar Şuşa haqqında danışırlar. Bəs, 30 il ərzində Şuşada neçə yaşayış binası tikililib? Cavab verirəm, heç biri. Pulları olmayıb? Nədir bunun səbəbi? Məncə, cavabı aydındır”.