BolgeXeber.Com » Siyasət » Könül Rəhimova : Bu gün Müstəqil Azərbaycan Respublikasının bütün sahələrində Heydər Əliyev izi görünür

Könül Rəhimova : Bu gün Müstəqil Azərbaycan Respublikasının bütün sahələrində Heydər Əliyev izi görünür

12-10-2021, 10:07
Oxunub: 2 760 Bu gün Müstəqil Azərbaycan Respublikasının bütün sahələrində Heydər Əliyev izi görünür. Dövlətimiz Heydər Əliyev ideyaları ilə yaşayır və onun dövlətçilik konsepsiyası əmin əllərdədir.
Görkəmli dövlət хаdimi, siyаsi tаriхimizə qurucu və хilаskаr kimi dахil оlmuş ümummilli liderimiz Hеydər Əliyеv Аzərbаycаn хаlqının tаlеyində, оnun mənəvi, siyаsi və ictimаi həyаtındа misilsiz хidmətlər göstərən dаhi bir şəхsiyyətdir.
Dahi şəxsiyyət hələ 1969-cu ildə ilk dəfə Azərbaycana rəhbərlik etməyə başlayandan sonra fəaliyyətini bütün varlığı ilə Azərbaycanın rifahı və gələcək inkişafı naminə daha intensiv şəkildə həyata keçirməyə başlayıb. Bu səbəbdəndir ki, onun hakimiyyəti dövründə Azərbaycan SSRİ-nin ən qabaqcıl respublikalarından birinə çevrilmişdi. Çünki ölkədə bütün sahələr diqqət mərkəzində saxlanılırdı. İstər mədəniyyət, istərsə də sənaye, kənd təsərrüfatı, şəhərsalmanın inkişafı bərabər şəkildə aparılırdı.
Ulu öndər deyirdi: “Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün hər bir döyüşə, hər bir vuruşa hazır olmalıyıq”.
Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa tam qadir olan, torpaqlarımızı erməni işğalından azad edən güclü və qalib Orduya malik olması Heydər Əliyevin misilsiz xidmətlərindən sadəcə biri sayıla bilər. Ümummilli lider uzun illər ordu quruculuğu ilə yanaşı, Qarabağ həqiqətlərini bütün dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq üçün var qüvvəsi ilə çalışıb. Ulu öndər istər dövlət başçıları, istərsə də xarici ölkələrdə olan Azərbaycan diasporunun nümayəndələri, iş adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərində Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması fikrini əsaslandırıb və buna da nail olub. Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində işğal altında olan torpaqlarımız azad edildi.
Əsasını ulu öndərin qoyduğu müasir və güclü Azərbaycan Ordusu cəmi 44 günə düşmənin silahlı qüvvələrini darmadağın etdi. Ata-baba torpaqlarımızın işğaldan azad olunması ilə bitən möhtəşəm zəfərdə Ali Baş Komanda İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan gəncləri əsas rolu oynadılar. Qorxmaz, igid gənclərimiz canları və qanları bahasına torpaqlarımızı işğaldan azad edərək adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazdılar. Təbii ki, gənclərin belə vətənpərvər, milli ruha sadiq yetişdirilməsində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətin müstəsna əhəmiyyəti var. Vətən müharibəsi Azərbaycanda vətənpərvər gənc nəslin yetişdiyini bir daha sübut etdi.
Heydər Əliyev dahi insan, tarixi şəxsiyyət idi. Bu cür insanlar bəlkə də yüz ildə bir dəfə doğulur. Xalq öz qəhrəmanlarını unutmur. Heydər Əliyev dövlət başçısı olub, onun adı ilə demək olar ki, bütün problemlərin həlli bağlıdır. O, ağır zamanlarda xalq  üçün işıq yolu, xalqı faciələrdən xilas edən bir lider olub.
Heydər Əliyev sağlığında Azərbaycan xalqının ümummilli lideri hesab edilib və fiziki olaraq həyatdan köçdükdən sonra xalq ona olan sevgi və hörmətini hələ də saxlayır. O, hər bir azərbaycanlı üçün istedadlı ölkə başçısı, məqsədyönlü, hərtərəfli şəxsiyyət kimi qalıb. Onun ümummilli liderlik zirvəsini fəth etməyin kökündə ölkənin və xalqın ən ağır zamanlarda xilasedici missiyasını yerinə yetirərək, dövləti və milləti düzgün yola yönəltmək dayanır. Bununla yanaşı, Heydər Əliyev təbiətcə yorulmaz insan idi, o, bütün həyatı boyu öz üzərində çalşıb (10 may 1923 - 12 dekabr 2003), Allahdan ona bəxş edilən istedadı inkişaf etdirərək hər zaman yeniliklər öyrənmək və öz dövrünü qabaqlamağa müvəffəq olub.
... Heydər Əliyevin Azərbaycan və Azərbaycan xalqı qarşısında gördüyü işlər çox böyükdür. Nə qədər nəsillər dəyişsə də, minnətdar insanlar həmişə onun haqqında millətin atası, ümummilli lider, görkəmli şəxsiyyət, dahi azərbaycanlı kimi danışacaqlar. Onun adı ölümsüzdür, o, artıq Azərbaycan tarixinin ayrılmaz hissəsidir.
Müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevi  hörmətlə və minnətdarlıqla anırıq. Əbədi yaşar lider xalqı üçün etdiyi bütün fədəkarlıqları ilə hər zaman qəlbi Azərbaycanla döyünən bütün azərbaycanlıların qəlbində ən xoş duyğularla yaşayacaq.

Könül Rəhimova
Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru