Rayonlar bir-bir yoxlanılacaq
24-05-2011, 15:40
Oxunub: 7 534

Korrupsiya İdarəsi son hazırlıqlara başlayır, icra başçıları xilas yollarını axtarır
Yanvardan başlayan, lakin hələ də lazımi nəticə əldə edilməyən antikorrupsiya tədbirlərinin ikinci dalğası başlayır. Bu dəfə də hakimiyyət dairələri yuxarılardan deyil, aşağılardan başlamaq qərarına gəlib. Hədəf olaraq rayonlar seçilib.
Daxil olan məlumatlara görə, Baş Prokurorluq Yanında Korrupsiya qarşı Mübarizə İdarəsi yaxın günlərdən etibarən rayonlarda yoxlamalara start verəcək. Mənbənin sözlərinə görə, artıq idarə son hazırlıqlarını görür və alınan ilk təlimatın ardından hərəkətə keçəcək. Məqsəd bütün rayonlarda korrupsiya yoxlamaları keçirmək və dövlət büdcəsindən ayrılmış vəsaitlərin mənimsənilməsini araşdırmaqdır.
Məlumatda deyilir ki, artıq yerli İcra Hakimiyyəti başçıları da məsələdən xəbərdardırlar. Belə ki, onlara Bakıdan yaxın adamlarından xəbər çatdırılıb ki, ehtiyatlı olsunlar. Çünki aparılan yoxlamaların nəticələri mənfi olarsa, onları həmin postlara təyin etdirənlər arxalarında dayanmayacaq. Eyni zamanda, o da xəbər verilib ki, korrupsiyaya bulaşmış və əməlləri isbat olunanlar isə kimliyindən asılı olmayaraq həbs təhlükəsi ilə üz-üzə qala bilərlər. Bu səbəbdən də icra başçıları vəziyyətdən çıxmaq üçün yollar axtarırlar.
Bolgexeber.com xəbər verir ki, TİA.AZ saytına məlumat verən mənbə onu da iddia edir ki, Korrupsiya İdarəsi rayonlara əliboş getmək fikrində də deyil. Bildirilir ki, konkret yeyinti yerlərindən xəbərdar olan idarə işçiləri məhz həmin istiqamətlərdə araşdırma aparacaq. Həmçinin bu dosyelər əhalidən alınan informasiyalarla da zənginləşdirilib. Yəni, camaatın göndərdiyi şikayətlər də həmin araşdırmada rol oynayacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər