BolgeXeber.Com » Siyasət » "Bəyanatın bütün müddəaları ölkəmizin, xalqımızın səmərəsinə hesablanmışdır"

"Bəyanatın bütün müddəaları ölkəmizin, xalqımızın səmərəsinə hesablanmışdır"

22-10-2021, 13:11
Oxunub: 2 160 Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olmuş, milyonlarla insanın taleyində əks olunmuşdur.
30 ilə yaxın davam edən nəticəsiz danışıqlar prosesindən sonra münaqişə, nəhayət, hərbi yolla həll olundu. 44 gün davam edən və Azərbaycanın tarixi qələbəsi ilə nəticələnən Vətən Müharibəsi regionda tamamilə fərqli bir reallıq formalaşdırdı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, müharibənin əsas nəticələrindən biri Cənubi Qafqazda yeni təhlükəsizlik formatının yaradılmasından ibarət oldu. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin daha da təkmilləşdirərək yeni ştrixlər əlavə etdiyi xarici siyasət konsepsiyasının əsas hədəfi məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaqdan ibarət idi.
Azərbaycan ötən müddətdə bütün beynəlxalq platformalarda torpaqlarının işğal olunması, Ermənistanın Azərbaycana qarşı təcavüzü, azərbaycanlıların etnik təmizləmə və soyqırıma məruz qalması həqiqətini qəbul etdirə bilmişdi.
Bu tarixi Qələbədə diplomatik uğurlarımızı xüsusi qeyd etməliyik. Son 17 ildə Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı müvafiq mükəmməl hüquqi baza yaradılıb. Dövlət başçımızın yorulmaz siyasi fəaliyyəti, həm xarici səfərlərində, həm nüfuzlu beynəlxalq tədbirlərdəki çıxışlarında, həm də keçirdiyi görüşlərdə, ilk növbədə, ərazilərimizin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu və bunun nəticəsində bir milyondan artıq soydaşımızın doğma ata-baba yurdlarından didərgin salındığını faktlarla diqqətə çatdırması öz müsbət nəticəsini göstərdi.
Qələbənin qazanılmasında ölkəmizin informasiya cəbhəsindəki nailiyyətləri də mühüm rol oynadı. Azərbaycan münaqişə ilə bağlı həqiqəti əks etdirən mənzərəni dünya ictimaiyyətinə olduğu kimi çatdırmaqla, informasiya müharibəsində mühüm qələbə qazandı. 44 günlük müharibə dövründə Prezident İlham Əliyevin dünyanın 30-a yaxın aparıcı televiziya kanallarına, qəzetlərinə və informasiya agentliklərinə verdiyi müsahibələr beynəlxalq informasiya məkanında ölkəmizin mövqeyini gücləndirdi, erməni yalanlarının ifşa edilməsində önəmli rol oynadı. Artıq beynəlxalq aləm Azərbaycanın haqq işinə tərəfdar çıxdığını açıq şəkildə bəyan edir. Beynəlxalq hüququn tamamilə Azərbaycanın tərəfində olması böyük güclərin, xüsusilə Ermənistanın himayədarı qismində çıxış etməkdən çəkinməyən dövlətlərin davamlı təzyiqlərinin uğursuz nəticələnməsini şərtləndirən mühüm amillərdən biri idi. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.
44 günlük müharibə nəticəsində Azərbaycan xalqı bilavasitə Prezident İlham Əliyevin müdrik dövlət rəhbərliyi, planetar təfəkkürü, strateqliyi, diplomatik-siyasi ustalığı və sərkərdəlik məharəti nəticəsində son 200 ildə üçüncü dəfə, XXI əsrdə isə birinci dəfə təkcə Bakı küçələrində, ölkəmizdə deyil, dünyanın hər bir yerində başını dik tutaraq, özünə güvənərək qalib millət kimi qürur hissi ilə addımlayır.
Noyabrın 10–da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən üçtərəfli Bəyanat imzalanması ölkəmiz üçün tarixi hadisədir. Bununla da 30 ildən çox davam edən Ermənistan-Azərbaycan münaqişəsinə son qoyuldu.
Üçtərəfli Bəyanat problemin həlli istiqamətində son nöqtə oldu. Tarixi əhəmiyyət kəsb edən bu Bəyanat Ermənistanın kapitulyasiyası, eyni zamanda, Azərbaycanın şanlı Qələbəsidir. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu;
Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı sentyabrın 27-dən Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində yaranmış reallığa uyğun hazırlanıb və Ermənistanın kapitulyasiya aktıdır;
Bəyanat tam Azərbaycanın maraqlarına uyğun hazırlanıb və imzalanıb;
Bu proses çərçivəsində Naxçıvan da blokadadan azad olundu. Hələ 1990-cı illərdə münaqişə başlayandan sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında quru yolla əlaqənin olmaması böyük çətinliklər yaradırdı. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır.
Azərbaycan Türkiyəni də fəal şəkildə münaqişənin tənzimlənməsi işinə cəlb edə bildi. Türkiyə hər zaman olduğu kimi Qarabağ məsələsində də Azərbaycanın yanındadır və indi real olaraq bölgənin təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrildi;
Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur;
Bəyanatın bütün müddəaları ölkəmizin, xalqımızın səmərəsinə hesablanmışdır.
Heç şübhəsiz ki, hərbi əməliyyatların gedişində xüsusi əhəmiyyət kəsb edən məqamlardan biri informasiya müharibəsi müstəvisində mübarizənin düzgün təşkil edilməsi ilə bağlı idi. Azərbaycan bu sahədə də fəaliyyətini uğurla qurmağa müvəffəq oldu. Mübaliğəsiz demək olar ki, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrində çıxışları Azərbaycanın informasiya müharibəsində qələbəsini təmin edən həlledici amil idi. Azərbaycan 44 günlük Vətən Müharibəsindən sonra nəinki öz ərazi bütövlüyünü bərpa etməyə nail oldu, həm də bütün regionda yeni siyasi reallıqlar yaratdı
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu;
44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu.
Ordunun yüksək döyüş qabiliyyəti silah-sursat və hərbi texnikadan da asılıdır. Qələbənin bir hissəsi bu sahədə təchizatın üzərinə düşür. Ali Baş Komandanın Silahlı Qüvvələrin müasir silah və hərbi texnika ilə təmin edilməsi istiqamətində
gördüyü əhatəli tədbirlər İkinci Qarabağ müharibəsində qələbə qazanmağımızda mühüm rol oynadı.
Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir;
Bu, yeni nəsil müharibə üsuludur, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, Ermənistanın işğalçılıq siyasətinə son qoyulması, ilk növbədə, Azərbaycanın hərbi üstünlüyünün və qalibiyyətinin nəticəsi
Məhz yüksək döyüş ruhu və hərbi peşəkarlıq sayəsində Azərbaycanın rəşadətli silahlı qüvvələri, əsgər, gizir və zabitlərimiz düşmənə döyüş üstünlüyü verən mürəkkəb çoğrafi şəraitdə misilsiz şücaət göstərərək öz şərəfli missiyasını yerinə yetirdi və öz doğma torpaqlarını işğalçılardan azad etdi..
Prezident İlham Əliyev beynəlxalq təzyiqləri layiqincə dəf edərək erməni faşizminə qarşı Vətən müharibəsində şanlı ordumuzun hərbi-strateji əməliyyatlarına məharətlə rəhbərlik etməklə yanaşı, diplomatiya, informasiya və siyasi fəaliyyət istiqamətində misilsiz tarixi nailiyyətlərə imza atdı. II Qarabağ savaşında qazandığımız böyük Qələbə 2020-ci ilin hüdudlarına sığmayacaq bir tarixi hadisəyə çevrildi. 30 ilə yaxın müddətdə qurduğu istehkamları 44 gündə darmadağın etdi.
Azərbaycana qarşı onilliklər ərzində həyata keçirilən təcavüzkar siyasətə rəğmən Azərbaycanın beynəlxalq hüquq prinsipləri əsasında qonşu dövlətlə münasibətləri normallaşdırmağa hazır olduğunu qeyd edib. Həmçinin Azərbaycan tərəfi beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığına ciddi riayət olunması istiqamətində Ermənistana açıq şəkildə çağırış etdi.
Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır.
Bərdə rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi - Şadlinskaya Türkan Nizami qızı