BolgeXeber.Com » Siyasət » Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycan tarixinin bələdçisidir

Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycan tarixinin bələdçisidir

16-11-2021, 15:25
Oxunub: 2 136 Bu günlərdə yaradılmasının 29 illiyini qeyd olunan Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət suverenliyinin möhkəmləndirilməsi üçün qarşıya bir sıra hədəflər qoydu. Amma geosiyasi və geoiqtisadi faktorlar bu vəzifənin öhdəsindən gəlməyə ciddi maneə yaradırdı. Bir tərəfdən Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları və həyata keçirdiyi işğalçılıq siyasəti Azərbaycanda hüquqi dövlət quruculuğu işinə vaxt ayırmasına əngəllər yaradır, digər tərəfdən isə bu istəyi həyata keçirəcək təcrübəli kadr potensialı yox idi. Antimilli qüvvələrin tutduğu siyasi xətt xalqda böyük hiddət doğururdu. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər;
Yaxınlaşan milli fəlakəti hiss edən bir qrup vətənpərvər Azərbaycan ziyalısı Heydər Əliyevə müraciət etdi. Onlar tarixə “91-lər” adı ilə düşdülər.
91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı.
Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.
Ulu Öndər Heydər Əliyevin siyasi xətti Azərbaycan xalqının iradəsinə əsaslanır.Yeni Azərbaycan Partiyasının üzvləri, Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq onun siyasətini müasir dünyada aparmaq üçün bütün lazımı səyləri göstərir. Bu siyasətə sadiqlik, cəmiyyətimizdə yaşanan həmrəylikdən və Ulu Öndərə olan ümumxalq sevgisindən xəbər verir. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli çağırışı ilə yenidən hakimiyyətə qayıdışı onun xilaskarlıq missiyasının davamı demək idi. Bu, həm də onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının siyasi hakimiyyətə gəlişi və cəmiyyətin aparıcı qüvvəsinə - iqtidar partiyasına çevrilməsinə zəmin yaratmış oldu.
Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.
Bu gün ölkəmiz öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Məlum olduğu kimi 2020-ci il sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan Vətən müharibəsi 30 illik işğala son qoyaraq ölkəmizin ərazi bütövlüyün bərpa etdi.
YAP-ın sədri cənab Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, ordumuzun peşəkarlığı və xalqımızın birliyi sayəsində tarixi Qələbə əldə edildi.
Cənubi qafqazda ən böyük siyasi təşkilat olan Yeni Azərbaycan Partiyası hazırda ölkəmizdə aparıcı siyasi qüvvədir. Ölkəmizdəki xalq-iqtidar birliyi bu partiyanın ideyalarının və siyasətinin xalq tərəfindən dəstəkləndiyinə bariz nümunədir.
Bunu YAP sıralarının genişlənməsi və 760 mindən çox üzvünün olması faktı əyani sübut edir. Yarandığı gündən indiyədək iştirak etdiyi bütün seçkilərdə qalib qələn partiyanın gələcək hədəfləri də aydındır: müstəqilliyin dönməzliyi, davamlı iqtisadi inkişaf, hər bir Azərbaycan vətəndaşının üstün sosial rifahı.
Daxili və xarici siyasət strategiyasının aydın konturları YAP-ın cəmiyyətin mütləq əksəriyyətinin inamını qazanmasında müstəsna rol oynayır. Regionda yaranan gərginliklər fonunda bu gün Azərbaycan “sabitlik adası” kimi tanınır. Xalq-iqtidar vəhdəti bu sabitliyi şərtləndirir, təminatçı qismində isə Azərbaycan xalqı çıxış edir.
YAP Bərdə rayon təşkilatının məsləhətçisi - Elmir Məmmədov