BolgeXeber.Com » Siyasət » Zəfər Paradı tarixi qələbəmizin təntənəsidir

Zəfər Paradı tarixi qələbəmizin təntənəsidir

10-12-2021, 16:44
Oxunub: 2 392 Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev 2003-cü ildə hakimiyyətə gələndə uzaqgörən bir siyasətçi kimi Ermənistanın heç vaxt bu işğalçı siyasətindən əl çəkərək işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarmayacağını çox yaxşı bilirdi. Odur ki, Ali Baş Komandan cənab İlham Əliyev ölkəmizdə ordu quruculuğunu xüsusi diqqət mərkəzində saxlayırdı. Məhz onun sayəsində Azərbaycan ordusu dünya orduları sırasında 50-ci yerdə qərarlaşmışdır.
30 illik işğaldan doymayan Ermənistan beynəlxalq tribunalarda ölkəmizi yeni ərazilər uğrunda müharibəyə başlayacaqları hədələri ilə ilə təhdid etməkdəm belə çəkinmirdi.
2020-ci il senytabr ayının 27-də düşmənin növbəti dəfə törətdiyi təxribata qarşı əks-hücumla başlanan Vətən müharibəsi Ermənistanın bu işğalçılığına son qoydu. Ölkəmiz öz ərazi bütövlüyünü və beynəlxalq ədaləti bərpa etdi. Qəhrəman Azərbaycan əsgəri bu 44 günün hər günü şanlı tarix yazdı. Hər gün Azərbaycan Ordusu irəli gedərək yeni əraziləri işğaldan azad edirdi. Ordumuz bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın.
Vətənpərvər Azərbaycan oğulları Ermənistanı döyüş meydanında məğlub etdi. İrəvanın öz ordusunun yenilməzliyi haqqında yaratdığı mif i Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə məhv etdi. Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Döyüş meydanında öz ordusunun hərbi texnikası və canlı qüvvəsinin məhv edildiyini görən Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu.
2020-ci il dekabrın 10-da ölkəmizdə Qələbənin rəmzi Zəfər Paradı keçirildi. Müstəqillik tariximizdə bu günə qədər bir neçə dəfə hərbi parad təşkil edilmişdi. Amma 10 dekabr paradı son 200 ilin ən möhtəşəm, ən parlaq hərb tarixini yazan Azərbaycan Ordusunun qüdrətinin nümayiş olunduğu gün idi. Vətən torpağının hər qarışı uğrunda qanı ilə tarix yazan şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin şərəfinin, qürurunun, igidliyinin, mərdliyinin təqdimatıdır bu parad.
Ölkə başçısı bundan öncəki hərbi paradda qeyd etmişdi ki, növbəti hərbi parad Qələbə paradı olacaq və Şuşaya sancılan Zəfər bayrağı gətiriləcək. Bu paradda biz bir daha ölkə başçısının bizə - Azərbaycan xalqına verdiyi bu sözü də tutduğunun şahidi olduq. Şuşaya sancılan Zəfər bayrağı Azadlıq meydanına gətirildi, hərbi qənimət kimi ələ keçirilən erməni hərbi texnikaları qalib Azərbaycan xalqına, onun dostlarına, düşmənlərinə əyani surətdə nümayiş etdirildi. Bu Qələbə paradı dosta güvən, qürur, düşmənə isə zillət və kədər bəxş etdi.
Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdirlər. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici
hadisədir. Həmin gün ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi qardaşlığımızın əbədiliyinin təzahürüdür.
Vətən müharibəsinin ilk anından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss edirdi. Türkiyənin ilk saatlardan Azərbaycanın haqq işinə dəstəyi ədalət naminə savaşda tək olmadığımızı göstərdi.
Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini və Qələbə gününü gözləyirdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi.
Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər paradında öz çıxışında - “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq... Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.
YAP Bərdə rayon təşkilatının məsləhətçisi – Elmir Məmmədo