BolgeXeber.Com » Siyasət » Dəfn olunan ölüm idi... Döğulansa sən...

Dəfn olunan ölüm idi... Döğulansa sən...

12-12-2021, 10:32
Oxunub: 2 280 O, Tanrının xalqımıza bəxş etdiyi bənzərsiz bir şəxsiyyət idi. Gəldi, alışıb-yandı və... getdi. Onun ömrü əsrin o başından bu başına yanar iz saldı. Amma sönmədi. Çünki xalqına, Vətəninə bağlı olan insanlar ölmürlər, əbədi yaşayırlar!

...İnsanlar çətinliyə düşəndə, bəşəriyyət bəlalara düçar olanda Tanrı yer üzünə peyğəmbərləri göndərib. Peyğəmbərlər- sözün hərfi mənasında xilaskar deməkdir. Heydər Əliyev də xilaskar idi. Tarixdə elə nadir simalar olur ki, onlar yalnız zamanın gərgin və təlatümlü məqamlarında meydana çıxır, bütöv bir millətin və ölkənin "olum ya olum" dilemması qarşısında qaldığı anlarda ölçüyəgəlməz bir məsuliyyəti öz üzərinə götürməkdən çəkinmirlər. Bu böyük missiyanı şərəflə yerinə yetirir və haqlı olaraq "xilaskar" adını qazanırlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müstəqil dövlətçiliyimizin möhkəmlənməsi və inkişafı üçün gördüyü işlər, onun yaratdığı müstəqil dövlət quruculuğu tarixi gələcəyimiz üçün də böyük əhəmiyyət kəsb edir. Uzun illər keçəcək və gələcək nəsillər bu günümüzün şanlı dövlətçilik tariximizin məs Heydər Əliyevlə bağlı olduğunu fəxrlə deyəcəklər. İctimai - siyasi təlatümlərin, sosial katakalizimlərin tüğyan edib bütövlükdə cəmiyyətin həyatını "olum, ya ölüm" dilemmasına möhtac etdiyi bir məqamda kütlənin içindən bir nəfər irəli çıxaraq əfsanəvi qəhramanlar tək ürəyini məşəl  edib xalqını zamanın amansız sınaq və imtahanlarından  məharətlə keçirib aparır. Əqlinin güçü, qəlbinin məhəbbəti ilə bütöv bir millətin azadlıq və müstəqilliklə bağlı istək və arzularını yol açan bu cür fövqaladə insanları barmaqla saymaq olar. Heydər Əliyevdən  söhbət açmaq  bütöv  bir tarixi mərhələdən bəhs etmək kimi məsuliyyətli bir işdir. Zəka və müdrükliyi ilə bəşər övladını təkrar- təkrar heyrətləndirməkdən qalmayan Heydər Əliyev dühası fikir və hikmət xəzinəsi idi.


Davud İlkin, 
Tarixin Səhifləri qəzeti və Oxuinfo.az-ın redaktor müavini