BolgeXeber.Com » Siyasət » Prezident İlham Əliyevin uğurlu Brüssel səfəri və ya Ermənistanın dalandan çıxmaq şansı varmı?
Prezident İlham Əliyevin uğurlu Brüssel səfəri və ya Ermənistanın dalandan çıxmaq şansı varmı?
17-12-2021, 12:39
Oxunub: 3 984
Brüsseldə Prezident İlham Əliyevin keçirdiyi ikitərəfli və çoxtərəfli görüşlərin ilkin yekunları bir daha göstərdi ki, Ermənistan yenə də dalana dirənib. Torpaqlarımız işğal altında olan zaman Avropa İttifaqı və digər qurumlar Azərbaycana daim təzyiqlər edirdilər ki, bəs, kommunikasiyaları açın. Azərbaycan da cavabında bildirirdi ki, işğal davam etdikcə bu, mümkün deyildir. Rəsmi Bakı hər hansı beynəlxalq sənədi belə bir qeyd-şərtlə imzalayırdı ki, "işğala son qoyulduqdan sonra nəqliyyat-kommunikasiyaların açılması mümkün ola bilər". İndi işğala son qoyulub, yeni şərait yaranıb və Azərbaycan kommunikasiyaların açılmasına hazırdır. Avropa İttifaqı da əvvəlki maraqlarından və mövqeyindən əl çəkməyib. Azərbaycanın öz xeyrinə uğurla yaratdığı və ustalıqla idarə etdiyi proseslər Ermənistanı yenə də dalana dirəyib. Ermənistanı dalandan çıxarmaq üçün erməni rəhbərliyində və cəmiyyətində siyasi realizm üstün gələcəkmi? Yoxsa, məlum xəstəlik yenə də davam edəcək? Ermənistanın nicatı Azərbaycanın şərtlərini qəbul etməkdən və üçtərəfli bəyanatı yerinə yetirməkdən keçir. Gözləyək...
Milli Məclisin deputatı, Musa Qasımlı
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər