Yaşli məmurlar siyahiya alinir
26-05-2011, 15:00
Oxunub: 2 190
Hətta ən «toxunulmaz» hesab olunan iri ranqli məmurlarin da çixdaş ediləcəyi söylənilir
«Yaş senzinin tətbiqi ilə bağlı atılan addımlar hakimiyyət komandasının yeniləşmə niyyəti ilə birbaşa bağlıdır». Bunu redaksiyamıza hökumət içindəki mötəbər qaynaq açıqlayıb. Mənbənin söylədiyinə görə, son bələdiyyə və parlament seçkilərində də gəncləşdirilmə siyasətini xəfif şəkildə olsa da, hiss etdirən iqtidar düşərgəsi əslində bununla gələcəkdə nümayiş etdirəcəyi prioritetlərinin anonsunu da vermiş oldu.
Mənbə bildirir ki, bu günlərdə hakimiyyətin ən üst düzəyindən yaşı 65-dən yuxarı olan yuxarı eşalonda təmsil olunan məmurların siyahısının müəyyən olunması barədə tapşırıq verilib: «Tapşırığın icrası prezidentə yaxın şəxslərə həvalə edildiyindən burada bir məqam daha cəlbedicidir: Hakimiyyətin hətta «ən toxunulmaz» hesab olunan yaşlıları da çıxdaş edilə bilər».
Xatırladaq ki, bu barədə qəbul olunan qanunda mühüm dövlət postlarında çalışanlara yaş senzinin tətbiqində əlahiddəliyin saxlanılacağı qeyd olunur. Lakin mənbəmiz bunun heç də hər zaman şəksiz tətbiq olunacağını istisna edir: «Doğrudur, yeni qanunda bu məsələ var, amma nəzərə almaq lazımdır ki, sözügedən şərtdən hər zaman istifadə olunmaya bilər və olunmayacaq da».
Mənbəmiz onu da bildirdi ki, yaşlı məmurların siyahıya alınması prosesi onların böyük əksəriyyətinin yenilərlə əvəzlənməsi ilə nəticələnəcək: «Bununla da prezident İlham Əliyev özünün yeni komandasının formalaşması yolunda mühüm bir addımı atmış olacaq».
Mənbənin sözlərinə görə, məlum prosesin icrası 2013-cü ilə qədər yekunlaşa bilər./poliqon/
Çox Oxunanlar
- 7-04-2021, 11:43 : Səlim Müslümov daha bir vəzifəsini itirdi - Yeni təyinat
Xəbərlər
- 7-04-2021, 11:53 : Cəlilabad meşələrində əkilən qoz bağlarına kimlər göz dikib-ŞİKAYƏT(VİDEO)
Gündəm
- 9-04-2021, 17:03 : Malik Həsənov: Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb
Siyasət
- 7-04-2021, 11:31 : Vətəndaşların 3.2 milyon manatını mənimsəyən xanım direktor HƏBS EDİLDİ
Xəbərlər
- 17-03-2021, 12:24 : Bakı Apelyasiya Məhkəməsindən Ata Abdullayevlə bağlı QƏRAR
Siyasət
- 17-03-2021, 17:53 : Malik Həsənov: Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir
Siyasət
- 4-04-2021, 14:40 : Azərbaycanda rüşvət alan rəis belə həbs olundu - ANBAAN VİDEO
Xəbərlər
- 22-03-2021, 16:22 : Zirəddindən Azərbaycanla bağlı ŞOK PROQNOZLAR - Koronavirus, zəlzələ və... - VİDEO
Xəbərlər
- 17-03-2021, 11:37 : Arzu Rəhimovun Göyçaydakı adamı ittiham olunur - MÜRACİƏT
Gündəm
- 17-03-2021, 11:14 : Marşrut avtobusları 9 gün işləməyəcək? (AÇIQLAMA)
Sosial