BolgeXeber.Com » Siyasət » Azərbaycan Ermənistanla sülh danışıqlarına və sülh razılaşması üzərində işləməyə başlamağa hazırdı

Azərbaycan Ermənistanla sülh danışıqlarına və sülh razılaşması üzərində işləməyə başlamağa hazırdı

20-12-2021, 10:30
Oxunub: 2 168 Azərbaycan 2020-ci il sentyabr ayının 27-də düşməni növbəti dəfə törətdiyi təxribata qarşı əks-hücumla başlanan Vətən müharibəsində Ermənistanı həm döyüş müydanında həmdə informasiya müharibəsində məhv etdi. Ölkəmizə qarşı qərəzli mövqe tutan bir çox ölkələrin mediasında təxribat xarakterli məlumatlar dərc olundu. Hər zaman olduğu kimi bu 44 gün ərzində də ölkə Prezidenti cənab İlham Əliyev ölkəmizə qarşı yönəlmiş informasiya müharibəsini tənəzzülə uğratdı.
Ölkə rəhbərinin uzaqgörən və qətiyyətli bir Lider kimi dünyanın ən qabaqçıl media orqanlarına verdiyi müsahibələrində dəqiq və qərəzsiz formada təqdim etdiyi sübütlar bir daha göstərdi ki, Azərbaycan bu mühaibədə haqq yolundadır. Onun başqa dövlətin torpağında gözü yoxdur. Və bütün bu təxribat xarakterli informasiyalar uydurmadır və ermənistanın işğalçı siyasəti üçündür.
Ötən həftə Prezident İlham Əliyevin İspaniyanın “El Pais" qəzetinə bu müharibə və Ermənistanla sülhə hazır olduğumuz haqqında geniş müsahibəsi oldu.
Əslində bu müharibə və bu cür məğlubiyyət Ermənistan və onun işğalçı siyasətində maraqlı olanlar üçün bir surpriz oldu. 30 illik işğalçılığa son qoyulması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını Ermənistan hələdə həzm edə bilmir. Ermənistan qisas almaq cəhdlərindən vaz keçmir. İkinci Qarabağ müharibəsində məğlubiyyət onlar üçün çox ağrılı oldu. Məğlubiyyət onların otuz ildir davam edən “yenilməz ordu”, “əsgər və komandirlərin cəsarəti” haqqında müharibə təbliğatını və ideoloji zəminini darmadağın etdi. 44 gün davam edən müharibə zamanı Ermənistan ordusu tamamilə məhv edildi və onlar ötən il noyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qalaraq bizim 44 günlük müharibədə geri almadığımız əraziləri geri qaytarmağa razılıq bildirdilər.
Bundan sonrada bütün təhdid yarada biləcək cəhdlərin qarşısı alınacaqdır. Azərbaycan sülhün tərəfdarıdır və Ona görə də rəsmi İrəvanın manevrlərini, bütün təhlükələri dərhal aradan qaldıracaqdır.
Azərbaycan Vətən müharibəsi ilə yeni reallıq yaratdı. Biz regionda davamlı sülhün olmasınının tərəfdarı olaraq Ermənistanla sülh danışıqlarına və sülh razılaşması üzərində işləməyə başlamağa hazırıq. Ermənistan rəhbərliyindən heç bir cavab verilməyib. Bu, onların sülh istəmədiyini göstərir, çünki imzalandığı təqdirdə sülh razılaşmasının əsas müddəalarından biri də hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması olacaq və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir və ya bu reallığı qəbul edə bilmir. Bu bir reallıqdır ki, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistan nə ərazi bütövlüyünü tanıdığını, nə də tanımadığını söyləyir. Ermənistan öz əsassız bəyanatları ilə danışıqlar prosesini məhv etdi. İndi Ermənistanın sanki bu məsələ ilə bağlı heç bir mövqeyi yoxdur. Ümid edirik ki, Avropa tərəfdaşları Ermənistanı bu mövqeyinin gələcəyinin olmamasına inandıra biləcəklər.
Azərbaycan Ermənsitanla qarşılıqlı əlaqələrin qurulmasını istəyir. Biz kommunikasiya xətlərinin açılmasının regionda davamlı sülhə böyük töhvə verəcəyini bilirik. Təssüflər olsun ki, Ermənistan bunu anlamır və ya anlamaq istəmir. Hər zaman öz işğalçı siyasətindən əl çəkməyən rəsmi İrəvanın hərbi cinayətləri davam edir. Üç minə yaxın azərbaycanlı öz vətənləri uğrunda həlak oldu. Ermənistanda hökm sürən hərbi xunta 30 il ərzində 6 istehkam xətti qurmuş və minlərlə mina basdırmışdır. Yalnız müharibədən sonra Azərbaycanın 200 nəfər vətəndaşı minaya düşərək həlak olub və ya yaralanıb.
Artıq Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində görüşlər başlamışdır. Bu işçi qrupun əsas məqsədi və vəzifəsi kommunikasiyaların açılmasıdır. Danışıqların bir neçə mərhələsi nisbətən uğurlu olması tezliklə bu kimi məsələlərin öz həllini tapacağına işarədir. İndi Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqəsinin açılması ilə bağlı tam razılıq var. Avtomobil yolunun açılmasının qaçılmaz olduğuna dair aydın təsəvvürlər mövcuddur. Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə əlaqəsini təmin edən Zəngəzur dəhlizinin hüquqi rejimi müzakirə olunur. Hava məkanı artıq aktivləşib. İndi Azərbaycan Hava Yollarının Bakıdan Naxçıvana uçan təyyarələri Ermənistan hava məkanından keçməyə başlayıb.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün zəminin yaradılmasına çoxlu töhfə verir. Prezident Mişelin bu yay regiona səfəri çox məhsuldar olub. Hər iki ölkənin müdafiə nazirləri arasında birbaşa əlaqənin yaradılması ilə bağlı olan təşəbbüs də işləyir. Avropa Komissiyası Cənubi Qafqazda sabit mühit və gələcəkdə üç Cənub Qafqaz ölkəsi arasında qarşılıqlı əlaqənin üçtərəfli formatı üçün şərait yaratmağa istəkli və hazırlıqlı olduğunu açıq-aydın göstərir.

YAP Bərdə rayon təşkilatının məsləhətçisi - Elmir Məmmədov