Zəfər zirvəsinə yüksəlmiş Prezident
24-12-2021, 17:56
Oxunub: 5 048
Ölkəmizin Prezidenti cənab İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində Azərbaycan xalqının Ümummilli Lideri, dahi dövlət xadimi Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın ailəsində anadan olmuşdur. O, 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb.
1977-1982-ci illərdə peşəkar diplomatlar hazırlayan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb.1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb.
Onun dərin elmi bilik və zəngin təcrübəni özündə birləşdirən peşəkar fəaliyyətinin olması dünyanın nüfuzlu dövlət xadimlərindən biri kimi formalaşmasına səbəb olmuşdur.
Prezident İlham Əliyev 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli Lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir.
1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib.2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.
Cənab İlham Əliyev elm, siyasət, dövlət quruculuğu və beynəlxalq münasibətlər sahəsində əldə olunmuş uğurların beynəlxalq dəyəri kimi bir çox ölkələrin saysız hesabsız ordenləri, fəxri elmi adların və idman təşkilatlarının mükafatları ilə təltif edilmişdir.
2003-cü il oktyabrın 15-də Prezident seçkilərində seçicilərin 76 faizindən çoxunun səsini qazanan İlham Əliyev fəaliyyəti nəticəsində qısa zamanda xalqın etimadını və rəğbətini qazanmış oldu. Bunun bariz nümunəsi 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə 88,73 faiz səslə, 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə 84,54 faiz səslə növbəti dəfə və 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır.
Ölkəmizdə elə bir sahə yoxdur ki, o sahənin inkişafında İlham Əliyevin imzası olmasın. Onun 2003-ci ildən bu günə kimi Prezidentlik dövründə gördüyü işləri saymaqla bitirmək olmaz. Yorulmadan gecə-gündüz ölkəmizin milli maraqları naminə çalışmaqdadır. İlham Əliyev 2005-ci ildən Cənubi Qafqazda ən böyük və güclü siyasi partiya olan Yeni Azərbaycan Partiyasının sədridir.
Ölkə Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin ən böyük nailiyyəti bir Ali Baş Komandan kimi Vətən müharibəsinin memarı olmasıdır. 2020-ci il sentyabr ayının 27-də ölkəmizə qarşı törədilən növbəti təxribata qarşı əks hücumla başlanan Vətən müharibəsi Ermənsitanın ölkəmizə qarşı işğalçılıq siyasətinə son qoydu. Ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.
Prezident İlham Əliyevin yaratdığı yeni reallıq bütün regionun siyasi və iqtisadi mənzərəsini, habelə ölkənin statusunu dəyişdirmişdir. Qələbə bütün regiona sülh və davamlı inkişaf imkanını qazandırmışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılmışdır.
Artıq bu gün Prezident İlham Əliyevin effektiv diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsini təşkil edəcək. Zəngəzur dəhlizinin açılması bütün bölgə üçün yeni imkanlar yaratmaqla yeni nəqliyyat dəhlizi türk dünyasını, Avropanı və bütün qonşu ölkələri birləşdirə biləcək qlobal layihədir.
Biz hər gün cənab Prezident İlham Əliyevin bir qətiyyətli Lider kimi hər an ölkəmizin milli maraqları naminə və xalqımızın sosial rifahının yüksəldilməsi üçün çalışdığına şahid oluruq.
Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı xalqın qalib ruhunun güzgüsüdür. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız Zəfər tarixinin ideoloji əsasıdır. Vətəndaşlarımızı milli birliyə dəvət edən Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbkarıdır.
Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür. Bu münasibətlə cənab Prezidenti ən xoş arzularla təbrik edir və ölkəmizin milli maraqları naminə fəaliyyətində uğurlarının bol olmasını diləyirik.
YAP Bərdə rayon təşkilatının məsləhətçisi - Elmir Məmmədov
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər