BMT Qazaxıstan Prezidentinin nümayişçilərə atəş açmaq əmrinə etiraz edib
8-01-2022, 11:23
Oxunub: 3 568
Birləşmiş Millətlər Təşkilatı (BMT) Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qanunsuz silahlı dəstə üzvlərinə xəbərdarlıq edilmədən atəş açmaq əmrinə etiraz edib.
BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib ki, BMT Qazaxıstanda nümayişçilərin öldürülməsini qəbuledilməz hesab edir.
"Biz Qazaxıstandakı vəziyyəti yaxından izləməyə davam edirik və bütün tərəfləri təmkinliyə, zorakılıqdan çəkinməyə və vəziyyəti həll etmək üçün dinc vasitələrdən istifadə etməyə çağırırıq. BMT Qazaxıstanda insan hüquqlarına hörmət etməyə çağırır və ölkədə güc tətbiqi mütənasib olmalıdır”.
Onun sözlərinə görə, zorakılığa son qoyulması vacibdir, nümayişçilər öz aksiyalarını dinc şəraitdə keçirməlidirlər: "Polislərin və digərlərinin öldürülməsi qəbuledilməzdir, nümayişçilərin öldürülməsi də belədir. İstənilən vəziyyətdə ictimai asayişin bərpası zamanı insan hüquqlarına və beynəlxalq standartlara riayət edilməsinə ehtiyac var”.
Qeyd edək ki, yanvarın 7-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkə əhalisinə müraciətində qanunsuz silahlılara xəbərdarlıq edilmədən atəş açılması haqqında əmr verdiyini vurğulayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər