BolgeXeber.Com » Siyasət » KTMT-nin rus sülhməramlılarının ilk bölməsi Qazaxıstandan qayıtdı

KTMT-nin rus sülhməramlılarının ilk bölməsi Qazaxıstandan qayıtdı

14-01-2022, 10:20
Oxunub: 2 448 Qazaxıstana sülhməramlı missiyanı yerinə yetirmək üçün yollanan Rusiya hərbçilərinin  bir hissəsi geri qayıtmağa başlayıblar.

Bolgexeber.com RİA agentliyinə istinadən xəbər verir ki, KTMT tərkibində xidmət edən hərbçilər 4 ədəd "İl-76md" təyyarəsi ilə dislokasiya məntəqəsinə qayıdıblar.

Qeyd edək ki, cari ilin ilk günlərində qazın qiymətinin bahalaşması səbəbilə Qazaxıstanda başlayan kütləvi etiraz aksiyaları prezident Kasım-Jomart Tokayevi KTMT hərbçilərinin ölkəyə gəlməsi məqsədilə Rusiya prezidenti Vladimir Putinə müraciət etməsinə məcbur etmişdi.